“Azərbaycan və Almaniya şirkətləri arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi” imzalanıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Azərbaycanla Almaniya arasında iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyindən bildirilib.
Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.
Görüşdə işgüzar dairələr arasında əlaqələrin inkişafı perspektivləri müzakirə olunub. Azərbaycanın əlverişli biznes ve investisiya mühitinin Alman şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsinə yaratdığı imkanlar diqqətə çatdırılıb. Tərəflər həmçinin iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində Alman İqtisadiyyatının Şərq Komitəsi, AZPROMO və Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən “Azərbaycan və Almaniya şirkətləri arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi” imzalanıb.
Qeyd edək ki, sənədin icrası ikitərəfli iqtisadi-ticarət və investisiya əməkdaşlığının gücləndirilməsini, birgə təşəbbüslərin reallaşdırılmasını stimullaşdıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 30 May 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















