Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Azərbaycan və Özbəkistan QHTlərinin ortaq layihələri nə vəd edir? MÜSAHİBƏ Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azərbaycan və Özbəkistan QHTlərinin ortaq layihələri nə vəd edir? MÜSAHİBƏ Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AZXEBER.COM-un müsahibi Milli Məclisin deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənovdur. 

- Azər müəllim, bu günlərdə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Özbəkistan - Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu haqda nə deyə bilərsiniz?

- Forumu olduqca vacib bir tədbir hesab edirəm. Ən azından ona görə ki, ilk dəfə olaraq Özbəkistanda Azərbaycan-Özbəkistan QHT-nın Əməkdaşlıq Forumu keçilir. Bu, sayca ikincidir. Birinci forum 2023-cü ildə Füzuli şəhərində təşkil olunmuşdu və ikinci forumun məhz Özbəkistanda keçilməsi barədə qərar verilmişdi. İldə bir dəfə forumların keçilməsi və bu forumların ayrı-ayrı seqmentlər üzərində, xüsusilə də spesifik mövzular üzərində öz fəaliyyətinin davam etdirilməsi barədə yekdil qərarını olduğunu gördük. Həm Azərbaycan, həm də Özbəkistan tərəfindən olan məruzəçilər bu tip əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Amma mənim özümün yanaşmam onunla əlaqədərdir ki, forum faktiki olaraq Azərbaycanla Özbəkistan arasında olan strateji müttəfiqliyin ən yüksək səviyyədə həyata keçirildiyinə bir növ, şahidlik edərək o prosesin özündə həm də qeyri-hökumət təşkilatları sektorunda fəal iştirak etməsini nümayiş etdirir. 

Hər iki dövlətin dövlət qurumları müəyyən mənada əməkdaşlıq əlaqələrini bu gün inkişaf etdirməkdədir. Çünki, Özbəkistan da, Azərbaycan da Türk dünyasının bir parçasıdır. Və bu əməkdaşlığın inkişaf etdirilməsi həm də bu prosesdə qeyri-hökumət təşkilatlarının da fəal olmasını tələb edir.

- Forum çərçivəsində QHT-lər araaında əməkdaşlıq memorandumları imzalandı. Bu haqda nə deyə bilərsiniz? 

- Bu gün imzalamış memorandumlar bir daha onu göstərdi ki, ən azından 5-6 istiqamət üzrə gələcəkdə biz birgə layihələrin həyata keçirildiyinin şahidi olacağıq. Ümid edirəm ki, hən bizim peşəkar QHT-lər, həm də Özbəkistanın peşəkar QHT-ri kifayət qədər fəal olaraq birgə fəaliyyətlər həyata keçirəcəklər.

- Forum zamanı Prezident Administrasiyasının rəsmisi Tural Əliyev çıxışında qeyd etdi ki, ortaq layihələrdə Özbəkistan və Azərbaycan QHT-nın ortaq layihələrinə qrant ayrılması nəzərdə tutulur. İlk olacaq bu qrant müsabiqəsinin əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Öncə qeyd edim ki, bizim Füzulidə keçirilən birinci əməkdaşlıq forumda bu ideya olaraq səsləndirildi. Birinci Forumda çıxışım zamanı birgə bir fondun yaradılması ideyasını bir qədər də daha dəqiq şəkildə məyyən olunmasıyla bağlı zərurətin olduğunu vurğulamışdım. Düşünürəm ki, bu prossesə bizim Müşahidə Şurası da dəstək olacaq. Tural müəllim çıxışında da bildirdi ki, bu fikir olaraq söylənən bu ideyanın artıq reallaşması vaxtı çatıb. Və bugünkü forum onu göstərdi ki, həqiqətən də bu istiqamətdə artıq bir konkret mexanizm işlənilir. 

Ortaq layihələrib iki dövlət müstəvisində reallaşmağına nail olmaq mümkündür. Əslində strateji xətti məhz bu ideya təşkil edir. Bildiyiniz kimi Bakıda Azərbaycan-Türkiyə QHT-nın  əməkdaşlıq forumu keçirilmişdi. Orada da faktiki olaraq bu məsələlər ətrafında müəyyən fikirlər səsləndirildi. Sadəcə olaraq o dövrdə səslənən bəzi birgə fikirlər ki var idi, o daha çox hər bir tərəfin ayrı-ayrı mövqeylərdə olan mövqeylərini yaxınlaşdırmaq üçün nəzərdə tutulmuşdu.

- Siz bir pəşəkar QHT rəhbəri kimi, uzun illər bu sahədə çalışan mütəxəssis kimi, Özbəkistan QHT-nin fəaliyyətini necə qiymətləndirirsiniz? 

- Özbəkistan QHT-lərinin inkişaf strategiyası ilə Azərbaycan QHT-lərinin inkişaf strategiyası bir qədər fərqlənir. Bəzi komponentlər var ki, biz artıq o mərhələdən keçmişik. Bəzi elementlər var ki, bu gün çox rahat şəkildə Özbəkistan QHT-ləri onu edə bilir, biz edə bilmirik. Burada donorların çoxluğu və digər məsələlər bu prosesə müəyyən mənada öz təsirini  göstərir.

Biz daha çox milli donor institutunu inkişaf etdiririksə, Özbəkistanda milli donor institutu daha çox əlaqələndirici bir funksiyanı özündə daşıyır. Çünki burada çoxsayli beynəlxalq təşkilatlar, müxtəlif dövlətlərin donor təşkilatları kifayət qədər fəaldır. Ən azından buradakı təqdimatlarda da biz bunu gördük.

Demək ki, burada artıq strateji olaraq fərqlər hiss olunur. Özbəkistan QHT-lərinin təcrübə spektri ilə Azərbaycan QHT-lərinin təcrübə spektrı fərqlidir. Amma bu fərqlilik hətta müəyyən mənada bir-birini tamamlaya biləcək bir fərqlilikdir.

- Xarici donorların Özbəkistana siraət etməsi ilə bağlı hansı risklər var? Bu haqda nə deyə bilərsiniz?

- Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların bizim QHT-lərə olan münasibəti və bütövlükdə vətəndaş cəmiyyəti sektoruna olan münasibəti həmin beynəlxalq təşkilatların ölkəyə olan münasibətlərindən irəli gəlir.

Amma həmin beynəlxalq təşkilatların ölkəmizə olan münasibətinin daha çox qərəz üzərində kökləndiyini nəzərə almalıyıq. Bunun əsas səbəbi kimi həmin beynəlxalq təşkilatların Ermənistana münasibətidir. Onlar ən yüksək səviyyədə strateji mütəffiqlikdirlər, bizə qarşı mövqeyləri qərəzlidir. Bəzi hallarda da bizi bir çox məsələlərdə məhdud rejimə salmaq, müəyyən çərçivələrə salmaq, ideoloji basqılar göstərmək istəyirlər. Bizə qarşı ideoloji təhdidlərlə, müxtəlif insan hüquqları şuarları adı altında yalançı bir demokratik prinsiplərlə üzərimizə getməyə çalışırlar. Onlar faktiki olaraq ermənilərin xeyrinə olan bir siyasətin davamı olaraq QHT-lər üzərindən bizim üstümüzə gəlirlər.

Amma bu daha çox dövlətə qarşı olan bir basqıdır. Ancaq Özbəkistan üçün Ermənistan deyilən bir problem yoxdur. Deməli, burada niyyət tamamilə fərqli ola bilər və özbək cəmiyyəti üçün, özbək QHT-ləri üçün, hələlik ki, risk yoxdur. Burada dövlət tərəfindən, dövlətin siyasi rəhbərliyi tərəfindən, çox müdrik siyasət yürüdülür və onlar o balansı gözləyə bilirlər, kənar basqılara da hər mənada özlərinin bir immunitetini formalaşdırırlar.

Amma bu immunitet konstruktiv dialoq üzərində formalaşır. Bizə qarşı isə açıq başqı var idi, təzyiq var idi və biz bunu 44 günlük Vətən müharibəsində açıq-aşkar gördük.

- Bildiyimiz kimi bu günlərdə Gürcüstanda Qərbdən maliyyələşən QHT nümayəndələri aksiyalar keçirir, onlar "Gürcü arzusu”nu Avropadan imtina etməməyə çağırır. Sizcə növbəti mərhələlərdə Özbəkistanı da belə bir təhlükə gözləyə bilərmi?

- İstənilən halda əgər Özbəkistanla Çinin münasibətləri inkişaf xətt üzrə cərəyan edirsə, Özbəkistanla Rusiyanın münasibətləri daim strateji müttəfiqlik səviyyəsində icra olunursa təbii ki, Qərbdə bunu istəməyən qüvvələr var. Ancaq onlar necə, hansı yollarla bu prosesin qarşısını almaq üçün təziq göstərməyə cəhd göstərirlər? Bu dediyiniz kimi siyasi müstəvidə müxalifət düşərgəsi ola bilər ki, Özbəkistanda da müxalifət düşərgəsi Qərbdən asılı vəziyyətdə deyil. Harada ki, müxalifət Qərbdən asılı vəziyyətdədirsə, belə problem ortayq çıxır. Nümunə üçün Gürcüstanı göstərə bilərik. Burada açıq-aşkar bəllidir ki, Gürcüstanın müxalifət düşərgəsi fəaliyyətlərini Qərb institutları ilə əlaqələndirmiş qurur. Özbəkistanda isə mən onu görmürəm. Özbək xalqı özünü belə bir şəraitdə daha konfortlu hiss edir. 

 Hacıbəy Heydərli

Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 Dekabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri