Icma.az
close
up
RU
Yeniyetmələrin qorxulu videolara meyli nə ilə bağlıdır? Psixoterapevt DANIŞDI

Yeniyetmələrin qorxulu videolara meyli nə ilə bağlıdır? Psixoterapevt DANIŞDI

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Binəqədi rayonunda 13 yaşlı qız axşam saatlarında valideynləri tərəfindən evdə ölü tapılıb. Atasının sözlərinə görə, polis araşdırmasından sonra məlum olub ki, yeniyetmə gecələr gizli şəkildə telefonda cin, şeytan və qəbiristanlıq kimi qorxulu videolara baxırmış və dəftərinə də buna bənzər rəsmlər çəkirmiş.

Yeniyetmələrin qorxulu videolara meyl etməsinin psixoloji səbəbləri nədir? Yeniyetmənin psixoloji vəziyyətində problem olduğunu erkən anlamaq üçün valideynlər hansı əlamətləri izləməlidir?

Redaktor.az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, yeniyetmələrin gecələr gizli şəkildə qorxulu videolara baxması, cin və şeytan kimi obrazlara meyl etməsi təkcə maraq sayıla bilməz:

"Bu davranış çox vaxt görünməyən psixoloji ehtiyacların və ailə ilə ünsiyyətdə yaranan boşluqların nəticəsi olur. Bu yaş mərhələsində uşağın hissləri daha kəskin olur, dünyanı qavrayışı isə həssaslaşır və ən kiçik emosional dəyişiklik belə onun davranışına təsir göstərir. Əgər yeniyetmə öz narahatlığını, qorxusunu və ya tənhalığını ailəsi ilə bölüşə bilmirsə, cavab axtarışını internetdə tapmağa çalışır. Qadağalar və sərt danlaqlar bu vəziyyətdə heç bir fayda vermir, əksinə, uşağı daha çox gizlənməyə və özünü ailədən uzaqlaşdırmağa məcbur edir".

Psixoterapevt qeyd etdi ki, qorxulu videolara meylin bir neçə psixoloji səbəbi ola bilər:

"Daxili gərginlikdən yayınmaq istəyən yeniyetmə qorxu hissi vasitəsilə öz emosiyalarını üstələməyə çalışır. Qadağaya olan təbii maraq onu daha ekstremal məzmunlara yönəldir. Kimlik axtarışı fonunda gizli və qaranlıq mövzular yeniyetməyə özünü daha yetkin və fərqli hiss etdirmək üçün bir vasitəyə çevrilə bilər. Bu davranış bəzən uşağın dili ilə ifadə edə bilmədiyi stresin, özünəqapanmanın və emosional tənhalığın işarəsinə çevrilir. Valideynlər belə dəyişiklikləri erkən mərhələdə sezə bilməlidir. Əgər yeniyetmə əvvəlkindən daha çox özünə qapanırsa, gecələr oyaq qalmağa meyl edirsə, əhvalı gözlənilmədən dəyişirsə, rəsmlərində və söhbətlərində qaranlıq mövzular artırsa, telefon və sosial media istifadəsini həddindən artıq gizlədirdirsə, bütün bunlar ciddi diqqət tələb edən siqnallardır. Bu davranışların heç biri təsadüfi və ya keçici kapriz kimi qəbul edilməməlidir".

Müsahibimiz vurğuladı ki, uşağın daxilində baş verənləri vaxtında görmək ən güclü qoruyucu mexanizmdir və bu, ailənin məsuliyyəti olaraq qalır.

"Ailədə dialoq mədəniyyətinin möhkəmləndirilməsi həyati əhəmiyyət daşıyır. Uşağa nəyə baxdığını soruşmaq əvəzinə, özünü necə hiss etdiyini soruşmaq lazımdır. Yeniyetmə dinlənildiyini və şəxsiyyət kimi qəbul edildiyini hiss etməlidir. Evdə sərt tənqid və susqunluq hökm sürürsə, uşaq anlayışı kənarda axtarmağa başlayır və bunun nəticəsində internetin təhlükəli məzmunları daha təsirli olur. Psixoloji dəstək almaq heç vaxt ayıb hesab edilməməlidir, çünki bu, həm fərdin, həm də ailənin rifahı üçün zəruri addımdır. Məktəblərdə, icmalarda və ailələrdə maarifləndirmə işi gücləndirilməli, uşaqların emosional sağlamlığı təhsilin və sosial siyasətin əsas istiqamətlərindən birinə çevrilməlidir. Belə faciələrin qarşısını almağın yolu uşağı daim nəzarət altında saxlamaqdan yox, onu həqiqətən görməkdən keçir. Uşağın davranışında dəyişiklik yaranırsa, bu, diqqət tələb edən aydın bir səsdir. Cəmiyyət, məktəb və ailə bu səsləri vaxtında eşitməli və yeniyetmələrin psixoloji təhlükəsizliyini birgə qorumağın yollarını öyrənməlidir", - deyə Rövşən Nəcəfov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Dekabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri