Azərbaycan və Özbəkistan rəssamlarının onlayn sərgisi təşkil edilib FOTOLAR
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi, Azərbaycan Rəssamlar İttifaqı və Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində "İpək yolu üstündə dostluq" adlı beynəlxalq onlayn sərgi həyata keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, layihə Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunub.
Sərgidə Azərbaycan və Özbəkistanı təmsil edən ümumilikdə 18 peşəkar rəssamın müxtəlif yaradıcılıq üslublarını və estetik baxışlarını bir araya gətirən əsərləri nümayiş olunub.
Onlayn sərgi çərçivəsində layihənin ideya və bədii məzmununu tamamlayan kataloq təqdim olunub.
Kataloqun ön sözündə Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədr müavini, Özbəkistanın mədəniyyət elçisi Günay Əfəndiyeva qeyd edib ki, Azərbaycan–Özbəkistan rəssamlarının "İpək yolu üstündə dostluq" adlı birgə sərgisi iki qardaş ölkənin, qardaş xalqın mədəni birliyinin növbəti gözəl nümunələrindəndir.
Özbəkistanın Azərbaycanda səfiri Baxrom Aşrafxanov giriş sözündə layihəni iki qardaş xalq arasında dərin tarixi, mədəni və mənəvi əlaqələrin parlaq rəmzi kimi qiymətləndirib: "İncəsənət universal bir dil kimi Böyük İpək yolu boyunca əsrlər boyu formalaşmış dəyərlərin, ənənələrin və dünyagörüşünün ümumiliyini aydın şəkildə əks etdirir".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 13 Yanvar 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















