Prezidentin keçirdiyi müşavirə su təhlükəsizliyimizə tam zəmanət verir
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gələcək müharibələrin məhz su uğrunda baş verəcəyini proqnozlaşdıranlar və deyənlər heç də yanılmırlar. Çünki artıq dünyanın bir çox ölkələri hazırda kəskin şəkildə su qıtlığı problemi ilə üzləşməkdədir. Beynəlxalq təşkilatlar da bəşəriyyətin böyük su böhranı ilə üzləşəcəyi ilə bağlı həyəcan təbili çalmaqdadır. Qlobal iqlim dəyişmələrinin təsirlərinin getdikcə daha da artması içməli su ehtiyatlarının azalması riskini hər gün biraz da aktuallaşdırır. Belə bir kritik dövrdə dünya birliyinin dərhal hərəkətə keçməsi və bu sahədə nəticəyönümlü qərarların qəbulu zəruridir.
Azərbaycan da yaxın və ya uzaq perspektivdə su çatışmazlığı problemi ilə qarşılaşmaqdan sığortalanmayıb. Lakin bizim ölkəmiz real su qıtlığı riskinin gerçəkliyə çevrilməsini gözləmədən önləyici tədbirlər görməyə başlayıb və bununla əlaqədar dövlət səviyyəsində bir sıra mühüm addımlar atılıb. Belə ki, 2020-ci il aprelin 15-də Prezident İlham Əliyevin sərəncamı ilə su ehtiyatlarının səmərəli istifadəsinin təmin edilməsi və su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Dövlət Su Komissiyası yaradılıb və bu quruma ölkə üzrə su istifadəsinin mövcud vəziyyətinin təhlili, uçot və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də təxirəsalınmaz tədbirlərin hazırlanması tapşırılıb. Dövlət başçısının 2020-ci il 27 iyulda imzaladığı digər sərəncama əsasən isə, 2020–2022-ci illər üçün su obyektlərinin monitorinqinin aparılması, nəzarətsiz su götürmələrin qarşısının alınması, uçot sisteminin qurulması, su itkilərinin azaldılması və digər prioritet istiqamətlər üzrə tədbirlər təsdiq edilib.
Ölkə miqyasında su təsərrüfatının daha səmərəli idarə olunması məqsədilə, həmçinin su balansının elektron uçotunun aparılması, su obyektlərində və subartezian quyularından suyun götürülməsi və səviyyəsinin real vaxt rejimində izlənməsi məqsədilə “Elektron su təsərrüfatı” informasiya sisteminin yaradılması prosesinə də start verilib. 2021-ci il fevralın 13-də imzalanmış Fərmanla “Elektron su təsərrüfatı informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib, sistemin fəaliyyət prinsipləri, məlumat inteqrasiyası və institusional mexanizmləri müəyyənləşdirilib. Su sektorunda vahid idarəetmənin qurulması həyata keçirilib, eləcə də su ehtiyatlarının mühafizəsi və istifadəsi üzrə bir sıra qanunvericilik aktları, “Sudan istifadə Qaydaları” yenilənib, su götürmə, istifadə və nəzarət mexanizmləri daha dəqiq çərçivəyə salınıb. Bütün bunlar bu sahənin çevik və effektiv tənzimlənməsi və Azərbaycanın su təhlükəsizliyinin təmin edilməsi üçün atılan hüquqi-inzibati addımlardır.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdəki su resurslarının milli iqtisadiyyata inteqrasiyası istiqamətində də son illərdə bir sıra mühüm strateji addımlar atılıb. Belə ki, azad edilmiş ərazilərdə su təsərrüfatı obyektlərinin tikintisi və bərpası, içməli və suvarma suyu təchizatı, yağış sularının idarə olunması tədbirləri genişləndirilib və Dövlət Su Komissiyasının əlaqələndirmə rolu artırılıb. Qarabağ və Şərqi Zəngəzurda 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindən dağıdılmış, yararsız hala düşmüş və eləcə də köhnəlmiş su infrastrukturunun bərpası, yenidən qurulması istiqamətində böyük layihələrə start verilib. 2022-ci ilin əvvəlində Tərtər rayonunun “Suqovuşan” su anbarının və Ağdam rayonunun “Xaçınçay” su anbarının bərpasına, Füzuli rayonu ərazisindəki üç “Köndələnçay” su təmirinə başlamaq üçün vəsait ayrılıb. Həmçinin Ağdam, Füzuli və Cəbrayıl rayonlarında meliorasiya və su təsərrüfatı infrastrukturunun tam bərpası, Laçın rayonu ərazisində “Həkəriçay” su anbarı, “Zabuxçay” su anbarı və Qubadlı rayonu ərazisində “Bərgüşadçay” su anbarı ilə bağlı layihələrin icrasına başlanılıb.
Həmçinin paytaxtda və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsi də hökumətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biridir. Ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə aparılan müzakirə və təklif olunan həll yolları da bir daha göstərdi ki, ölkəmizdə su təsərrüfatının idarə olunması yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı sözügedən müşavirə zamanı etdiyi çıxışında mövcud problemlərə toxunaraq paytaxt və ətraf ərazilərin su təminatının yaxşılaşdırılmasının, alternativ su mənbələrindən istifadənin təmin edilməsinin, tullantı və yağış sularının düzgün idarə olunmasının və səmərəli istifadəsinin vacib olduğunu vurğuladı.
Cənab Prezident müşavirə iştirakçılarının diqqətinə çatdırdı ki, su təsərrüfatı sahəsində mövcud çatışmazlıqlar təkcə texniki problem deyil, həm də strateji təhlükəsizlik məsələsidir. Məhz buna görə də bu sahədə həyata keçirilən tədbirlər epizodik deyil, sistemli, ardıcıl və kompleks yanaşma əsasında qurulmalıdır. “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi heç şübhəsiz ki, ilk növbədə infrastrukturun modernləşdirilməsinə, şəhər və kənd yaşayış məntəqələrinin dayanıqlı su təchizatı ilə təmin edilməsinə, ekoloji balansın qorunması və təbii resurslardan səmərəli istifadəsinə hesablanıb. Lakin eyni zamanda, bu addım cari problemlərin real həlli ilə yanaşı, ölkəmizin və paytaxtımızın su təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Müşavirədə təqdim edilən faktlar göstərir ki, bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistemli şəkildə öz həllini tapır. Prezidentin keçirdiyi müşavirə su təhlükəsizliyimizə tam zəmanət verir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Bu mövzuda digər xəbərlər:Prezidentin keçirdiyi müşavirənin VİDEOSU
25 Dekabr 2024 17:02
Prezidentin keçirdiyi MÜŞAVİRƏ: “Zəngəzur dəhlizi ilə bağlı tələblərimiz tarixi ədalət prinsipinə söykənir”
30 Yanvar 2025 17:53
Prezidentin tapşırığı ilə müşavirə keçirilib AZAL
25 Dekabr 2024 14:08
Prezidentin Kopenhagendə keçirdiyi görüşlər gürcü mediasının diqqətində
06 Oktyabr 2025 23:01
Prezidentin müsahibəsinin TAM MƏTNİ
08 Yanvar 2025 01:41
Baxış sayı:33
Bu xəbər 13 Yanvar 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















