Azərbaycan və Qazaxıstandan 15 nəfər İsrailə göndərildi
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İnnovasiya sahəsində fəaliyyət göstərən Azərbaycan və Qazaxıstandan olan 15 nəfərlik birgə nümayəndə heyəti İsrailə səfər edib.
Modern.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Səfərin məqsədinin iştirakçıları innovasiya, akademik mühit, sənaye, sahibkarlıq və texnologiya mərkəzləri, startaplar, kibertəhlükəsizlik, rəqəmsal transformasiya, innovasiya mərkəzləri, su texnologiyaları və digər qabaqcıl texnoloji sahələr üzrə İsrail ekosistemi ilə yaxından tanış etmək olduğu bildirilib.
Proqram çərçivəsində nümayəndə heyətinin dövlət sektoru, özəl sektor, akademik və innovasiya sahələrində fəaliyyət göstərən israilli tərəfdaşlarla peşəkar görüşlər keçirməsi, eyni zamanda İsrail cəmiyyəti ilə yaxından tanış olması nəzərdə tutulur. Bundan əlavə, nümayəndə heyəti MUNI EXPO (Bələdiyyələr və İnnovasiya Sərgisi) tədbirində iştirak edəcək, Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunacaq brifinqlərə qatılacaq, həmçinin İsrailin cənub bölgələrinə və Qəzza sərhədi boyunca yerləşən icmalara səfər edəcək.
“İsrailin Bakıdakı və Astanadakı səfirlikləri hesab edir ki, bu nümayəndə heyəti İsrail, Azərbaycan və Qazaxıstan arasında peşəkar dialoqun gücləndirilməsi üçün mühüm platforma rolunu oynayacaq və innovasiya, texnologiya və tətbiqi həllər sahələrində gələcək əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradacaq”, - səfirlik qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 22 İyun 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















