Icma.az
close
up
RU
Azərbaycan və Səudiyyə arasında müzakirə: hava əlaqələrinin inkişaf perspektivləri

Azərbaycan və Səudiyyə arasında müzakirə: hava əlaqələrinin inkişaf perspektivləri

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli arasında hava nəqliyyatı sahəsində qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hava əlaqələrinin inkişaf perspektivləri geniş şəkildə müzakirə edilib. Sərnişin axınının artırılması və aviasiya sahəsində tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi vacibliyi vurğulanıb. Həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsinin ölkələr arasında turizm və iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcəyi bildirilib.

Bu kontekstdə qeyd olunub ki, ötən il Azərbaycana Səudiyyə Ərəbistanı Krallığından 94 300 turist səfər edib. Bu göstərici iki ölkə arasında əməkdaşlığın və qarşılıqlı marağın artdığını təsdiqləyir.

Qeyd edək ki, hazırda AZAL Bakı-Dammam-Bakı marşrutu üzrə həftədə 2 dəfə – bazar ertəsi və cümə günləri, Ər-Riyad istiqamətində isə həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və şənbə günləri reyslər həyata keçirir.

Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanı ilə olan hava əlaqələrinin möhkəmləndiyi və qarşılıqlı əməkdaşlığın genişləndiyi xüsusi olaraq vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Aprel 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see482

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see205

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see200

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see193

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see162

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see151

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see145

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see143

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see141

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see140

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see132

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see132

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see132

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see131

Aygün Kazımovadan Zəfər Gününə özəl mahnı Mərd adam

08 Noyabr 2025 23:14see128

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see127

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see127

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see127

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri