Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

SN: Genetika sahəsindəki innovasiyalar reproduktiv sağlamlığa da müsbət təsir edir

SN: Genetika sahəsindəki innovasiyalar reproduktiv sağlamlığa da müsbət təsir edir

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Genetika, irsiyyətin əsas vahidləri olan genlərin öyrənilməsidir. Genlər DNT-dən (Dezoksiribonuklein turşusu) ibarətdir və həyati təlimatları özündə daşıyır.

Genlər insanlarda göz rəngi, boy, saç rəngi və quruluşu kimi xüsusiyyətlərə və hətta bəzi xəstəliklərə qarşı həssaslığa təsir edir. Genlər və DNT hüceyrələrimizdə olan xromosomlarda yerləşib və sağlam insan bədənində 46 ədəd (23 cüt) xromosom mövcuddur.

Genetik patologiya nədir və özünü necə təzahür edir? Reproduktiv sağlamlıqla bağlı spesifik genetik testlər mövcuddurmu? Genetika elmində hansı yeniliklər var?

Bakıvaxtı.az xəbər verir ki, bu və digər suallara Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkim-genetiki Günay Əmirli aydınlıq gətirir.

- Günay xanım, genetikanın reproduktiv sağlamlıqla və ailə planlanması ilə əlaqəsi necə tənzimlənir?

- Genetika reproduktiv sağlamlıq istiqamətində əhəmiyyətli rola malikdir, çünki anadangəlmə xəstəliklərin və ya irsi ötürülə bilən genetik patologiyaların risklərini müəyyən etməyə kömək edir. Bununla da, ailənin gələcək potensial hamiləlikləri ilə bağlı əsaslandırılmış qərarlar qəbul etməsinə və gələcək uşaqların sağlamlığının qorunması üçün müvafiq üsullar seçməsinə imkan verir.
Genetikanın başa düşülməsi erkən diaqnostika və müdaxilə üçün vacibdir. Eyni zamanda, valideynlər və gələcəkdə doğulacaq olan körpə üçün daha sağlam gələcək təmin edir.

- Genetik patologiya nədir və özünü necə təzahür edir?

- Genetik patologiyalara səbəb olan əsas amillər arasında genetik mutasiyalar (genetik dəyişikliklər) və ya xromosomlarda struktur, say dəyişiklikləri var.
Ən çox rast gəlinən patoloji hallar arasında Daun sindromu (əlavə 21-ci xromosom), Şereşevski–Terner sindromu (qadınlarda X xromosomunun qismən və ya ümumiyyətlə mövcud olmaması), Klaynefelter sindromu (kişilərdə rast gəlinir), Edvards sindromu, Patau sindromu və digər xəstəliklər aiddir.
Genetik patologiyalarda əsas göstəricilərə fiziki və əqli gerilik, daxili orqanların disfunksionallığı, reproduktiv sağlamlıqla bağlı problemlər və s. aiddir
Adıçəkilən patologiyaları aşkar etmək üçün genetik analizlərdən istifadə oluna bilər. Bunlara DNT müayinəsi, xromosomlardakı say və struktur dəyişikliklərinin tədqiqi, biokimyəvi və molekulyar genetik testlər aiddir.

- Genetik patologiyalara səbəb olan amillər nədən təsirlənir?

- Müasir dövrdə ətraf mühit amilləri, zərərli vərdişlər və digər fakrorlar genetik sağlamlığa mənfi təsir göstərir. Tütün məhsullarında istifadə, qeyri-sağlam qidalanma, spirtli içkilərin normadan artıq qəbulu, oturaq həyat tərzi hər iki cinsin nümayəndəsində reproduktiv sağlamlığa təsir göstərərək, gələcək ailə planlaşdırılması halında müəyyən uğursuz hamiləliklər, sonsuzluq və ya döldə genetik patologiyaların yaranmasına yol açır.


- Reproduktiv sağlamlıqla bağlı spesifik genetik testlər varmı?

- Ən yayılmış testlərdən biri daşıyıcı skrininqidir. Bu test hər bir fərdin irsi xəstəliyə səbəb olan gen daşıyıcısı olub-olmadığını müəyyən edir. Əgər valideynlərdən hər ikisi eyni irsi xəstəliyin gen daşıyıcı olarsa, doğulacaq körpədə eyni irsi patologiyanın olma ehtimalı 25% olaraq qiymətləndirilir.
Hamiləlik dövründə isə amniosentez və ya qeyri-invaziv prenatal (NIPT) testlər dölün xromosom anomaliyalarını, məsələn Daun, Edvards, Patau və digər cinsi-genetik sindromları aşkarlaya bilər. Hamiləlikdə ilk trimestrdə qan analizi ilə USM nəticələri birlikdə təhlil edilərək, genetik mutasiyaların riskləri qiymətləndirilir. Eyni zamanda, bu dövrdə dölyanı mayedən və ya plasentadan kiçik nümunələr götürülməklə, testlərin aparılması da icra edilə bilər.
Neonatal dövrdə isə körpənin genetik, metabolik və hormonal patologiyalarının aşkar edilməsi üçün müayinələr aparılır. Bu da vaxtında və qabaqcadan düzgün müdaxilə edilməsinə şərait yarada bilir və riskləri qiymətləndirir.

- Genetik məsləhətlər reproduktiv sağlamlıq və ailə planlaşdırılması istiqamətində hansı rola malikdir?

- Genetik məsləhətlərə bir neçə istiqamət daxildir. Döldə genetik xəstəlik risklərinin qiymətləndirilməsi zamanı mümkün anomaliyaları müəyyən etməyə və hamiləliyin davam etdirilməsi qərarının verilməsi prosesini əhatə edir. Digər tərəfdən isə genetik məsləhətlər bir neçə uğursuz hamiləlik və ya sonsuzluq problemi yaşayan cütlüklərə, hamiləlik planlaşdıranlara, körpə doğulduqdan sonra isə postnatal istiqaməti altında mövcud genetik xəstəliyi anlamaq və növbəti addımları planlaşdırmaq, eyni zamanda genetik xəstəliklərin daşıyıcılıq hallarının aşkar edilməsi və risklərinin idarə edilməsi yönlərində təzahür edir.
Adıçəkilən bütün genetik məsləhətlərdən sonra toplanan anemnezə əsasən genetik analizlər təyin edilə bilər.

- Genetika elmində hansı yeniliklər və texnologiyaların tətbiqi artmaqdadır?

- Son dövrlərdə genetika elmində bir neçə yeniliklər baş tutub və bu yeniliklərin reproduktiv sağlamlıq sahəsinə də təsiri var. Ən məşhur və uğurlu olduğu düşünülən CRISPR gen texnologiyaları əsasən irsi genetik mutasiyaların olduğu genlərdə genlərin və embriyonların korrektə edilməsi və “sağlamlaşdırılmasıdır”. Eyni zamanda, qeyri-invaziv prenatal testlərin (NİPT) icrasının miqyası genişlənib və genetik patalogiyaların aşkar edilməsi istiqamətlərində istifadəsi artıb. Bu testlər tək gen mutasiyaları və xromosom anomaliyaları risklərini qiymətləndirərək, sağlam hamiləlik dövrünü təmin edir.
Süni intellekt texnologiyaların tibb və genetika sahəsinə inteqrasiya edilməsinə böyük gözləntilər var. Süni intellekt alətlərindən istifadə edilərək, böyük ölçülü genetik verilənlər bazaların təhlil edilməsi və diaqnostikası mümkündür. Bu da genetik verilənlər bazalarda mövcud olan məlumatlardakı eynilik, trendlər və digər xüsusiyyətləri təhlil edərək, bizlərə yeni məlumatlar ötürə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Dekabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see221

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see204

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see191

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see191

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see182

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see178

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see162

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see160

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see154

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see154

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see148

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see147

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see145

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see144

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see144

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see143

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see142

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri