Icma.az
close
up
RU
Azərbaycan və Səudiyyə Ərəbistanı XİNləri arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib AZƏRTAC

Azərbaycan və Səudiyyə Ərəbistanı XİNləri arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Ər-Riyad şəhərində Azərbaycanın və Səudiyyə Ərəbistanının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Səudiyyə Ərəbistanı nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Valid Əl-Xureyci rəhbərlik ediblər.

Görüşdə iki ölkə arasında əlaqələrin gücləndirilməsi, siyasi, iqtisadi, energetika və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi etdiyi COP29-un iki ölkə arasında mövcud əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı bildirilib.

Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsi razılaşdırılıb.

Postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata keçirilən bərpa-quruculuq işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Görüşdə turizm, yaşıl enerji və investisiya qoyuluşu sahələrində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu vurğulanıb.

Siyasi məsləhətləşmələr zamanı, həmçinin regional, beynəlxalq məsələlər və birgə maraq daşıyan digər mövzular da müzakirə olunub.

Səfər çərçivəsində Y.Rəfiyev, həmçinin Səudiyyə Ərəbistanı Krallığının enerji nazirinin davamlılıq və iqlim dəyişikliyi üzrə müavini Xalid Əl-Mehaid ilə görüşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:28
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see137

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see135

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see131

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see130

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see128

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see127

Musiqi sədaları altında əməliyyat olundu FOTO

18 Aprel 2025 04:04see122

Aydın Kərimov: 1 400 dən çox sakin artıq Şuşa şəhərində yaşayır

17 Aprel 2025 14:10see121

Sosial şəbəkələrdə tərbiyə böhranı

17 Aprel 2025 22:05see121

Zelenski mayın 9 da hara gedəcək?

17 Aprel 2025 12:36see121

Məşhur plastik cərrahlara QADAĞA Siyahıda yoxdular ARAŞDIRMA

17 Aprel 2025 15:03see120

ABŞ dən Yəmən bankına qarşı sanksiya

18 Aprel 2025 03:26see116

Maksimal bal toplayan Aişə Bağırova: Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm

17 Aprel 2025 22:00see115

Ailəsi şəhid jurnalist Məhərrəm İbrahimovun ölüm anını danışdı VİDEO KONKRET

17 Aprel 2025 09:52see115

Deputat erməni əsilli şəxslərin məhkəməsində ifadə verdi

17 Aprel 2025 21:53see115

Tramp Baydenin tənqidlərinə cavab verib

17 Aprel 2025 00:32see113

Qəzzadan təcili humanitar yardım çağırışı

18 Aprel 2025 05:33see113

Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib

17 Aprel 2025 20:25see113

Azərbaycan çempionatında möhtəşəm qol Video

18 Aprel 2025 18:24see112

Çayların həcmində artım davam edir

17 Aprel 2025 11:22see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri