Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə bölgə ölkələri üçün nümunəvi dövlətlərdir Türkiyəli sabiq deputat

Azərbaycan və Türkiyə bölgə ölkələri üçün nümunəvi dövlətlərdir Türkiyəli sabiq deputat

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan təbii qazının Türkiyə üzərindən Suriyaya çatdırılması yalnız strateji, iqtisadi və ticarət addımı deyil, enerji ixracı tarixində mühüm mərhələdir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisindəki sabiq deputatı Yavuz Subaşı deyib. Sabiq deputat qeyd edib ki, bu mərhələ ilə birlikdə Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni bir enerji körpüsünün əsası qoyulub:

“Azərbaycan təbii qazının Türkiyə–Suriya təbii qaz boru kəməri vasitəsilə Suriyaya ixracına başlanması Azərbaycanın etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha göstərdi. Cənub qaz dəhlizi, Trans-Adriatik təbii qaz boru kəməri, Cənubi Qafqaz Boru Kəməri və Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycanın təbii qaz ixrac coğrafiyasının genişlənməsinə mühüm töhfələr verən layihələrdir.

Azərbaycanın Türkiyə üzərindən Kilis vasitəsilə Suriyaya gündə 6 milyon kubmetr həcmində qaz ixracı həyata keçirilir. Bu təbii qazla Suriyadakı elektrik stansiyalarının da yaxın zamanda işə salınması və təxminən 5 milyon ev təsərrüfatına xidmət göstərilməsi Azərbaycanın bölgədə güc sahibi olduğunun konkret göstəricisidir”.

Yavuz Subaşı onu da vurğulayıb ki, Azərbaycan təbii qazının Avropadan sonra Yaxın Şərq ölkələrində də istifadə olunmağa başlanması, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı və strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib:

“Azərbaycanın Yaxın Şərq və ərəb ölkələri ilə görəcəyi iqtisadi və ticarət əlaqələri bölgədə sülh və demokratiyanın təşviqi üçün tarazlaşdırıcı siyasi prosesə çevrilə bilər. Bu, uzunmüddətli perspektivdə bölgə ölkələri üçün faydalı təminatdır.

Ümumiyyətlə, Türkiyə və Azərbaycanın birgə şəkildə Yaxın Şərq və Cənubi Qafqazda ortaq maraqlar əsasında hərəkət etməsi Yaxın Şərqdə müxtəlif ölkələrdə dağınıq şəkildə yaşayan çoxsaylı Türk vətəndaşlarının gələcəyi üçün də təhlükəsizlik mühiti yaradacaq. Cənab pezident Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ortaq vizyonu və liderliyi çərçivəsində Azərbaycan və Türkiyə bölgə ölkələri üçün nümunəvi dövlətlər olacaqdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 08 Avqust 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri