Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə deputatları bir araya gəldilər FOTO

Azərbaycan və Türkiyə deputatları bir araya gəldilər FOTO

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, spiker Sahibə Qafarovanın başçılığı ilə Milli Məclisin nümayəndə heyəti Türkiyəyə rəsmi səfər edib.

Redaktor.az-ın məlumatına görə, səfər çərçivəsində Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüblər.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan nümayəndə heyətini salamlayaraq, dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafının məmnunluq doğurduğunu bildirib. O, Milli Məclisin sədri Sahibə Qafarovanın yenidən bu vəzifəyə seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etdiyini xatırladaraq, bildirib ki, ölkələrimiz arasına mövcud olan bu gözəl ənənə parlament müstəvisində də davam etdirilir. Şamil Ayrım Milli Məclisin sədrinin bu səfərinin də münasibətlərimizin daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov da ölkələrimiz arasında münasibətlərin Prezident İlham Əliyevin ifadə etdiyi kimi, dünyada oxşarı olmadığını, əlaqələrimizin Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamına söykəndiyini bildirib. Qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə bütün sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinə malikdirlər və münasibətlərimiz günbəgün daha da möhkəmlənir.

Söhbət zamanı parlamentlərimizin də iki qardaş və dost ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə özünəməxsus töhfələr verdiyi, həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığın mövcud olduğu xüsusi vurğulanıb. Tərəflər dostluq qrupları arasında təmasların qanunverici orqanlarımızın daha sıx əməkdaşlığına töhfə verdiyini söyləyiblər, qarşılıqlı səfərlərin, mütəmadi təmasların əhəmiyyəti ilə bağlı fikirlər səsləndiriblər.

Görüşdə çıxış edən Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar Quliyev, Musa Quliyev, Elşən Musayev, Ağalar Vəliyev, Heydər Əsədov, Elnarə Akimova, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri  Orhan Erdem, Derya Ayaydın, Veysal Tipioğlu, Cüneyt Yüksel, Uğur Bayraktutan, Yusuf Beyazit, Vedat Bilgin, Cantürk Alagöz, Ahmet Erbaş qardaş və dost ölkələrimiz arasında münasibətlərin hazırki yüksək səviyyəsindən, parlamentlərarası münasibətlərin daha da dərinləşməsindən danışıblar, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikirlərini ifadə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2024 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri