Icma.az
close
up
RU
Azərbaycan və Türkiyənin nəqliyyat nazirləri görüşüb Regional ticarətin davamlılığını müzakirə ediblər AzPolitika onlayn siyasiictimai qəzet

Azərbaycan və Türkiyənin nəqliyyat nazirləri görüşüb Regional ticarətin davamlılığını müzakirə ediblər AzPolitika onlayn siyasiictimai qəzet

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakıda səfərdə olan Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə regional ticarətin davamlılığını müzakirə edib.

Bu barədə türkiyəli rəsmi sosial şəbəkədə bildirib.

“Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri, hörmətli həmkarım Rəşad Nəbiyev, nazir müavini cənab Rəhman Hümmətov və Bakıdakı səfirimiz cənab Cahit Bağcı ilə səmərəli görüş keçirdik. Türkiyə və qardaş ölkə Azərbaycan arasındakı əməkdaşlığımızı gücləndirmək və regional ticarətin davamlılığı üçün mühüm məsləhətləşmələr apardıq”, – o yazıb.

Qeyd edək ki, öncəki paylaşımında Uraloğlu Azərbaycana gəldiyini bildirmişdi.

seeBaxış sayı:101
embedMənbə:https://azpolitika.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri