Azərbaycan vətəndaşları öz ölkəsindən qeyri heç bir ölkənin tərəfində müharibədə iştirak etməməlidir
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Azərbaycanlı gənclər niyə öz ölkələrinə aid olmayan müharibələrə qatılır?
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə görə, Azərbaycan vətəndaşlarının bu və ya digər formada başqa ölkələrdə gedən müharibələrə, qarşıdurmalara cəlb edilməsi qadağandır. Deputatın fikrincə, bu qanunun mahiyyəti ondan ibarətdir ki, Azərbaycan dövləti əslində öz vətəndaşlarının qayğısına qalır, çünki onların bizim milli maraqlarımızdan kənarda olan müharibələrdə öz həyatlarını itirmələrini istəmir: “Bu, hər şeydən öncə dövlətin vətəndaşına qayğısıdır, onun həyatının qiymətləndirilməsidir. Nəticə etibarilə, hər bir Azərbaycan vətəndaşı öz enerjisini də, öz gücünü də, öz qabiliyyətini də, öz istedadını da elə öz xalqının inkişafı üçün səfərbər etməlidir. Təəssüf ki, Azərbaycan vətəndaşlarının bəzi hallarda könüllü, bəzi hallarda məcburi şəkildə Rusiya-Ukrayna müharibəsində müxtəlif tərəflərdən müharibəyə cəlb edilməsini görürük. Yəni, hər iki tərəfdən biz buna şahidlik edirik ki, Rusiya tərəfindən də, Ukrayna tərəfindən də Azərbaycan vətəndaşları müharibəyə cəlb edilir. Azərbaycana aid olmayan müharibədə Azərbaycanın tərəf kimi göstərilməsi meydana çıxır və bu siyasi kontekstdə təqdim olunur ki, Azərbaycan vətəndaşları bu və ya digər tərəfdən müharibədə iştirak edir”.
Hikmət Babaoğlu
Deputat vurğulayıb ki, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat çox qiymətlidir: “Ölkənin xarici siyasətinin müdafiə edilməsidir. Eyni zamanda, Azərbaycanın milli qanunvericiliyinin tələblərinin hüquqi kontekstdə yerinə yetirilməsidir”.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 04 Fevral 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















