Icma.az
close
up
RU
Güclü, qalib və müasir dövlət

Güclü, qalib və müasir dövlət

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin formalaşması, möhkəmlənməsi və beynəlxalq aləmdə nüfuzunun artması baxımından mühüm əhəmiyyət daşıyır. Onun siyasi fəaliyyəti ölkənin müstəqillik dövrünün ən məsuliyyətli və həlledici mərhələlərini əhatə edir və çoxşaxəli istiqamətləri ilə fərqlənir. İlham Əliyev 2003-cü il 15 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti seçildi. O, bu vəzifəyə seçildikdən sonra ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu davam etdirərək, eyni zamanda dövrün yeni çağırışlarına uyğun islahatlar həyata keçirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkədə siyasi sabitlik qorunub saxlanılmış, dövlət idarəçiliyi sistemi təkmilləşdirilmiş və milli maraqlara əsaslanan müstəqil daxili və xarici siyasət formalaşdırılmışdır. Prezident İlham Əliyevin fəaliyyətində iqtisadi inkişaf əsas prioritetlərdən biri olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı neft və qaz gəlirlərindən səmərəli istifadə edərək diversifikasiya yoluna qədəm qoymuşdur. Qeyri-neft sektorunun inkişafı, regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası, infrastruktur layihələrinin həyata keçirilməsi ölkənin ümumi iqtisadi potensialını xeyli artırmışdır. Yolların, körpülərin, elektrik stansiyalarının, su və qaz xətlərinin çəkilməsi regionların inkişafına və əhalinin rifahının yüksəlməsinə xidmət etmişdir. Enerji siyasəti Prezident İlham Əliyevin fəaliyyətində xüsusi yer tutur. Azərbaycan onun rəhbərliyi altında etibarlı enerji tərəfdaşı kimi tanınmış, beynəlxalq enerji layihələrinin əsas iştirakçılarından birinə çevrilmişdir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini artırmışdır. Bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi baxımdan ölkənin mövqelərini möhkəmləndirmişdir. Prezident İlham Əliyevin xarici siyasəti balanslaşdırılmış və milli maraqlara əsaslanan xətt üzrə aparılmışdır. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirmiş, regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınmışdır. Ölkənin BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi qurumlarla fəal əməkdaşlığı beynəlxalq arenada Azərbaycanın mövqeyini gücləndirmişdir. Xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Prezident İlham Əliyev qlobal ədalət, beynəlxalq hüquq və bərabərhüquqlu əməkdaşlıq ideyalarını ardıcıl şəkildə müdafiə etmişdir. Prezident İlham Əliyevin fəaliyyətində Qarabağ zəfəri xüsusi və tarixi yer tutur. Onun qətiyyətli siyasi iradəsi, uzaqgörən strategiyası və güclü ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan 2020-ci ildə Vətən müharibəsində tarixi qələbə qazanmışdır. 44 gün davam edən müharibə zamanı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yüksək peşəkarlıq, vətənpərvərlik və müasir hərbi taktika nümayiş etdirmişdir. Nəticədə uzun illər işğal altında olan Qarabağ və ətraf rayonlar azad edilmiş, ölkənin ərazi bütövlüyü bərpa olunmuşdur. Qarabağ zəfəri Azərbaycan xalqının milli birliyinin, ordunun gücünün və Prezident İlham Əliyevin liderliyinin təcəssümü olmuşdur. Müharibə dövründə dövlət başçısının beynəlxalq informasiya məkanında apardığı uğurlu diplomatik mübarizə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdır. Bu qələbə yalnız hərbi deyil, eyni zamanda siyasi və mənəvi baxımdan da böyük əhəmiyyət kəsb etmişdir. Zəfərdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılmışdır. Qarabağ və Şərqi Zəngəzurda yeni yollar, hava limanları, yaşayış məntəqələri, məktəblər və sosial obyektlər inşa olunur. “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin edilir. Bu proses regionun sürətli inkişafına və uzunmüddətli sülhün bərqərar olmasına xidmət edir. Sosial sahədə həyata keçirilən islahatlar Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Əhalinin sosial rifahının yaxşılaşdırılması, əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin artırılması, yeni iş yerlərinin yaradılması dövlət siyasətinin əsas hədəfləri sırasında olmuşdur. Təhsil və səhiyyə sahələrində aparılan islahatlar, yeni məktəblərin və xəstəxanaların tikilməsi insan kapitalının inkişafına xidmət etmişdir. Mədəniyyət və milli-mənəvi dəyərlərin qorunması da Prezident İlham Əliyevin fəaliyyətində xüsusi yer tutur. Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması, tarixi irsin qorunması və bərpası istiqamətində mühüm layihələr həyata keçirilmişdir. Multikulturalizm və tolerantlıq siyasəti dövlət səviyyəsində dəstəklənmiş, Azərbaycan bu sahədə nümunəvi ölkə kimi tanınmışdır. Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan dövlətinin möhkəmlənməsi, Qarabağ zəfəri ilə ərazi bütövlüyünün bərpası, iqtisadi gücünün artması, beynəlxalq nüfuzunun yüksəlməsi və xalqın rifahının yaxşılaşdırılması ilə səciyyələnir. Onun rəhbərliyi altında Azərbaycan güclü, qalib və müasir dövlət kimi inkişafını davam etdirir.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Dekabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see401

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see363

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see345

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see322

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see320

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see294

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see262

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see253

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see248

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see232

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see221

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see191

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see182

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see179

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see177

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see174

2027 ci ildə həyatını dəyişəcək və qəfil varlanacaq bürclər

19 Avqust 2026 00:02see170

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see165

Əlbəttə, pley off mərhələsi xüsusi həyəcan doğurur Valdas Dambrauskas

19 Avqust 2026 01:26see161

Türkiyədə keçmiş nazirin məzarı açılacaq ŞÜBHƏLİ ÖLÜM

19 Avqust 2026 02:05see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri