Icma.az
close
up
RU
Azərbaycan xalqının gələcək taleyini müəyyən edən mühüm başlanğıcların əsasının qoyulduğu tarix

Azərbaycan xalqının gələcək taleyini müəyyən edən mühüm başlanğıcların əsasının qoyulduğu tarix

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Ümummilli Lider Heydər Əliyevin ümumilikdə hakimiyyətinin hər iki dövrü Azərbaycanın bu günü və gələcəyi ilə bağlı qərarlarla, təşəbbüslərlə, biri-birindən mühüm addımlarla zəngindir. Müdrik dövlət xadimi, görkəmli siyasətçi, Ulu Öndər Heydər Əliyev ölkəmizin və millətimizin müqəddəratının həll olunduğu son dərəcə mürəkkəb və təhlükəli məqamlarda öz üzərinə düşən xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirərək ölkəmizin zamanın ağır sınaqlarından şərəflə çıxmasına nail oldu. Dahi şəxsiyyət Azərbaycanı bütün dünyaya humanist dövlət kimi tanıtmağı bacardı.

1993-cü il oktyabrın 3-də qədirbilən xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. Həmin gün ölkəmizdə keçirilən prezident seçkilərində xalqımızın böyük əksəriyyəti Ulu Öndər Heydər Əliyevə etimad göstərdi, özünün Prezidenti seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etməklə, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Beləliklə, Azərbaycan xalqının gələcək taleyini müəyyən edən mühüm başlanğıcların əsası qoyuldu. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmaqla, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.

Hələ Ulu Öndərin 90-cı illərin əvəllərində Naxçıvan MR Ali Məclisinin sədri kimi fəaliyyət göstərdiyi vaxtlar parlamentin yeni tərkibdə keçirilən sessiyalarında gündəliyə çıxarılan məsələlər, qəbul edilən tarixi qərarlar Azərbaycanın müstəqilliyinə və suverenliyinə atılan addımlar idi. O zaman Naxçıvan Muxtar Respublikasında yaranmış gərgin, böhranlı vəziyyəti aradan qaldırmağın öhdəsindən məhz Heydər Əliyev – böyük təcrübəyə malik, səriştəli bir rəhbər, dünyada tanınmış siyasətçi gələ bilərdi. Naxçıvanda 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə bu günün hakim partiyası – Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

Azərbaycan xalqı çox xoşbəxt bir xalqdır ki, Ulu Öndər Heydər Əliyev kimi fenomen bir şəxsiyyət ölkəyə rəhbərlik etdi. Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Hər bir ölkənin inkişafında sabitliyin, iqtisadi tərəqqinin rolunu önə çəkən Ümummilli Lider bu çağrışı da etdi ki, Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil siyasətinin uğurlarını yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, milli Konstitusiyamız qəbul edildi, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal- azərbaycançılıq ideologiyası ətrafında sıx birliyə çağrıldı. Azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparıldı, cəmiyyətin idarə edilməsində əhəmiyyətli rola malik olan, ayrı-ayrı sahələrin inkişafına yol açan qanunlarımız qəbul edildi. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı dövlət siyasətinin əsasına çevrildi. Ümumilikdə bütün sahələrdə geniş vüsət alan islahatlar prosesi Azərbaycanın hərtərəfli inkişafını şərtləndirdi. Ulu Öndər Heydər Əliyev iqtisadi və siyasi islahatların vəhdətinin yaradılmasını prioritet məsələ kimi qarşıya qoydu. İlk dəfə olaraq ölkəmizdə özünüidarəetmə orqanı – bələdiyyələr yarandı, Azərbaycan Avropa Şurasına qəbul edildi, Bakıda dünya azərbaycanlılarının qurultayı keçirildi, ən əsası azərbaycançılıq ideyası, milli özünüdərk gücləndirildi. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və nüfuzu sayəsində ölkəmizin iqtisadi müstəqilliyini və əhalinin yüksək rifah halını təmin edəcək inkişaf strategiyası işlənib hazırlandı, “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqavilələri imzalandı, tarixi İpək Yolunun bərpasına başlandı.

1993-2003-cü illərdə Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını ilk dəfə beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirilməsi də məhz Ulu Öndər Heydər Əliyev Əliyevin iti zəkası, fədakar əməyi, böyük zəhməti sayəsində mümkün olub. Dahi Lider öz əzmi və uzaqgörənliyi ilə qurub-yaratdığı şah əsəri hesab olunan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə etibar etmişdir. Məhz Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və müdrik sərkərdəliyi, ordumuzun gücü və qəhrəman oğullarımızın cəsarətləri sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur. Bu tarixi Zəfər Ümummilli Liderin ən böyük arzusu olan Qarabağın düşmən işğalından azad edilməsi ilə gerçəkləşmişdir.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri