Icma.az
close
up
RU
Azərbaycan xalqının tarixi yolunun yeni mərhələsi ŞƏRH

Azərbaycan xalqının tarixi yolunun yeni mərhələsi ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan xalqının son onilliklər ərzində keçdiyi yol böyük tarixi sınaqlar, ağır faciələr və eyni zamanda qürurverici qələbələrlə zəngindir. Bu yol həm torpaqlarımızın işğalı ilə bağlı ağrılı günləri, həm dağıdılmış şəhər və kəndlərin acı mənzərələrini, həm də 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin sevincini özündə əks etdirir. Bu gün isə Azərbaycan xalqı yeni bir dövrü – Qarabağda və Şərqi Zəngəzurda bərpa, quruculuq və dirçəliş mərhələsini yaşayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqımız bütün bu proseslərin yalnız şahidi deyil, eyni zamanda onun fəal iştirakçısıdır.Uzun illər ərzində Azərbaycan xalqı doğma torpaqlarından ayrı düşməyin, tarixi yurd yerlərinin işğal altında qalmasının ağrısını yaşadı. Ermənistanın işğalı nəticəsində Azərbaycanın şəhər və kəndləri dağıdıldı, mədəni irsimizə ciddi ziyan vuruldu, yüz minlərlə insan öz doğma torpaqlarından məcburi köçkün vəziyyətinə düşdü. Lakin bütün bu çətinliklər xalqımızın milli iradəsini sarsıda bilmədi. Azərbaycan dövləti beynəlxalq hüquqa əsaslanan mövqeyini ardıcıl şəkildə müdafiə etdi, güclü iqtisadi və hərbi potensial formalaşdırdı və nəticədə ərazi bütövlüyünü bərpa etdi.
2020-ci ildə qazanılan tarixi Zəfər Azərbaycanın müasir tarixində yeni səhifə açdı. Bu qələbə təkcə işğala son qoymadı, eyni zamanda xalqımızın birlik və həmrəyliyini, dövlətimizin gücünü və milli məqsədlər uğrunda qətiyyətini nümayiş etdirdi. Zəfərdən sonra qarşıda duran əsas vəzifə azad edilmiş ərazilərin yenidən qurulması, həmin torpaqlarda təhlükəsiz və müasir həyat şəraitinin yaradılması oldu.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa işləri Azərbaycanın böyük quruculuq iradəsinin göstəricisidir. Dağıdılmış şəhər və kəndlər yenidən salınır, yollar, enerji xətləri, sosial obyektlər və müasir infrastruktur layihələri həyata keçirilir. Bu proses yalnız ərazilərin fiziki bərpası deyil, eyni zamanda milli yaddaşın, tarixi ədalətin və insanların doğma yurdlarına qayıdış ümidlərinin bərpasıdır.Bu gün Qarabağda görülən işlər xalqımızın gələcəyə inamının təcəssümüdür. Vaxtilə dağıntıların hökm sürdüyü ərazilərdə yeni yaşayış məntəqələrinin, müasir şəhər konsepsiyalarının və innovativ layihələrin həyata keçirilməsi Azərbaycanın inkişaf modelini nümayiş etdirir. Qarabağın bərpası həm də yeni nəsillərə ötürüləcək böyük tarixi irsdir.
Azərbaycan xalqı bu gün həm keçmişinin ağrılarını unutmur, həm də gələcəyini böyük inamla qurur. İşğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq prosesi xalqımızın əzmini, dövlətimizin imkanlarını və milli birliyimizi göstərir. Qarabağda yaradılan yeni həyat Azərbaycanın Zəfərdən sonra formalaşdırdığı yeni reallığın ən parlaq nümunəsidir. Azərbaycan xalqının keçdiyi yol işğaldan azadlığa, dağıntılardan dirçəlişə aparan böyük tarixi yoldur. Bu gün hər bir azərbaycanlı Qarabağın bərpası prosesində öz töhfəsini verməklə, ölkənin yeni inkişaf mərhələsinin iştirakçısına çevrilir. Qarabağ artıq yalnız keçmişin xatirəsi deyil, Azərbaycanın gücünün, iradəsinin və gələcəyə inamının simvoludur.
İşğaldan azad olunmuş Qarabağ artıq beynəlxalq tədbirlərin,görüşlərin keçirildiyi müqəddəs məkana çevrilib.Qarabağ fatehi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev belə tədbirlərin azad olunmuş torpaqlarda təşkili ilə 30 ildən çox bir zamanda ölkəmizə və xalqımıza qarşı törədilmiş cinayətkarlığı bütün dünyaya çatdırılması və həqiqətlərin nədən ibarət olduğunu əyani olaraq izah etdirilməsi üçün misilsiz işlər görür. Ölkə başçısının apardığı uğurlu diplomatiya sayəsində müharibədən sonra demək olar ki,dünya ölkələrinin hər birinin nümayəndəsi Qarabağ torpaqlarında olmuş,işğalın və bugünkü yaradıb qurmağın şahidi olmuşlar.Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə Şuşada keçirdiyi görüş Azərbaycan-Slovakiya münasibətlərinin inkişaf dinamikasının qiymətləndirilməsi baxımından mühüm siyasi hadisə hesab oluna bilər.Görüşün Şuşada keçirilməsi xüsusi siyasi və diplomatik məna daşıyır. Slovakiya Prezidentinin Qarabağa səfəri və bölgədə aparılan bərpa işləri ilə tanış olması ikitərəfli münasibətlərə əlavə siyasi məzmun qazandırır.Qarabağın yenidən qurulması prosesində Slovakiya şirkətlərinin iştirakı iki ölkə arasında əməkdaşlığın əsas göstəricisidir.Əməkdaşlığın əsas şərtlərindən biri də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol və Slovakiyanın Avropa İttifaqı daxilindəki mövqeyidir.Şuşada imzalanan sənədlər Azərbaycan-Slovakiya münasibətlərini siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və postmünaqişə quruculuğu kimi istiqamətlər üzrə inkişaf etdirəcəkdir.

Elçin Salahov

YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 İyul 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri