Kallas: Aİ İrana qarşı yeni ixrac və texnoloji sanksiyalar hazırlayır
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketi hazırlayır.
APA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Parlamentində İrandakı vəziyyətlə bağlı Strasburqda keçirilən dinləmələrdə çıxışı zamanı bildirib.
Bu paketə Tehrana pilotsuz uçuş aparatları və raketlərin istehsalında istifadə olunan komponentlərin ixracına məhdudiyyətlər də daxildir.
Kallasın sözlərinə görə, yeni sanksiyalar İranda etirazların sərt şəkildə yatırılmasına cavab olaraq təklif olunur.
O qeyd edib ki, Aİ həmçinin raket və pilotsuz aparatların istehsalında istifadə edilən komponentlərə dair əlavə ixrac məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.
“Biz etirazların amansız şəkildə yatırılmasına görə İrana qarşı yeni sanksiyalar təklif edirik. Eyni zamanda raketlər və pilotsuz uçuş aparatlarının istehsalında istifadə olunan komponentlərə dair yeni ixrac məhdudiyyətləri də gündəmdədir”, – deyə Kallas vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 20 Yanvar 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















