Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqtsun heç yerdə olmayan NADİR FOTOSU
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın “Borussiya” (Münhenqladbax) klubunun tarixinə həsr edilmiş 280 səhifəlik “Böyük gündəlik” adlı kitab dərc olunub.
İdman.Biz bu barədə “Bild” nəşrinə istinadən məlumat yayıb.
Kitabda “Borussiya”nın (Münhenqladbax) 125 illik hekayəsi, klubda çıxış etmiş futbolçuların bu günədək heç yerdə dərc edilməyən fotoları yer alıb.
Nadir fotolar arasında vaxtı ikən Azərbaycan yığmasının baş məşqçisi olmuş almaniyalı mütəxəssis Berti Foqtsun da şəkilləri yer alıb.
Məlumat üçün qeyd edək ki, Berti Foqts peşəkar futbolçu karyerasına 1965-ci ildə “Borussiya”(Münhenqladbax) klubunda başlayıb. Foqts burada sağ müdafiəçi mövqeyində çıxış edib.
1965-1979-cu illərdə Berti Foqts “Borussiya” (Münhenqladbax) klubunun heyətində beş dəfə Almaniya çempionu, bir dəfə Almaniya kubokunun və iki dəfə UEFA kubokunun sahibi olub. Foqts bu illər ərzində “Borussiya” (Münhenqladbax) klubunun heyətində 419 oyun keçirib, aktivinə 32 qol yazdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 16 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















