Icma.az
close
up
RU
“Azərbaycan zəlzələ zamanı Türkiyəyə qardaş köməyi etdi” MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan zəlzələ zamanı Türkiyəyə qardaş köməyi etdi” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan zəlzələ zamanı Türkiyəyə geniş şəkildə qardaş köməyi etdi”. Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, hətta Türkdilli Dövlətlər Təşkilatının həmin dövrdə xüsusi bir toplantısı keçirildi: “Həmin dövrdə zəlzələdən zərər çəkmiş Türkiyəyə yardım üçün təşəbbüskar Azərbaycan oldu. Baxmıyaraq ki, təmaslar yox idi, pandemiya və çətin dövr idi və s. Burada türk xalqları hamısı dəstəklərini verdilər. Amma Azərbaycan öz xüsusi münasibətini göstərdi. Belə faciəvi məqamlarda birlik, dostluq və qardaşlıq özünü göstərir. Həmin o qardaşlıq sınaqdan üzüağ çıxdı”.

Akif Nağı sözlərinə belə davam edib: “Həmin dövrdə Azərbaycan özü də çətin vəziyyətdə idi. Belə ki işğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri gedir və bura külli miqdarda vəsait sərf olunurdu. Amma buna baxmayaraq Azərbaycan Türkiyəyə yardım etdi. Bu yardım həm dövlət, həm də xalq səviyyəsində oldu. Hər kəs əlindən gələni etməyə çalışdı.

Azərbaycan Kahraman Maraşa xilasedici və texnika da göndərməklə əlindən gələn yardımı edirdi. Həm maddi, həm də mənəvi yardım baş tutdu. Həmçinin, Azərbaycan Kahraman Maraşda bərpa işlərinin bir hissəsini öz üzərinə götürdü. Burada böyük bir şəhər salınıb. Məsələ bu gün gündəmdədir. Azərbaycan dediyi sözə əməl edir. Hesab edirəm ki, zəlzələ vaxtı Azərbaycanın Türkiyəyə dəstəyi Azərbaycan-Türkiyə qardaşlığının mühüm bir səhifələrindən biri oldu. Bunun da şah əsəri Kahraman Maraşın bərpası ilə bağlıdır. Bu istiqamətdə indidən sonra da işlərimiz davam edəcək”.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Fevral 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri