Azərbaycana 13 min karatdan çox brilliantın keçirilməsinin qarşısı alınıb
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan keçid məntəqələrində gömrük yoxlamaları nəticəsində 234 inzibati xəta, 54 cinayət faktı müəyyən edilib.
"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli bildirib.
Onun sözlərinə görə, bu dövr ərzində ölkəyə 261 412 ABŞ dolları, 21 728 avro və 100 min funt sterling pul vəsaitlərinin qeyri-leqal yolla keçirilməsinin qarşısı alınıb: "Bu ilin 6 ayında 145 qutu güclü təsiredici dərman, 1 520 konvolyut dərman preparatı, 11 520 ədəd siqaret, 17 kiloqram balıq kürüsü, 1 185 ədəd mobil telefonun ölkəyə keçirilməsinin qarşısı alınıb. Zərgərlik məlumatları üzrə isə 13 337 karat brilliant, 1 544 qram qızılın ölkəyə qeyri-leqal yolla keçirilməsi faktı aşkarlanıb".
Baxış sayı:47
Bu xəbər 28 Noyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















