Icma.az
close
up
RU
Azərbaycana bu yolla kiberhücumlar həyata keçirilir Vətəndaşlara XƏBƏRDARLIQ

Azərbaycana bu yolla kiberhücumlar həyata keçirilir Vətəndaşlara XƏBƏRDARLIQ

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün kiberhücumlar artır. Bəs nə edək ki, bu hücumlardan qorunaq? Kiberhücumları daha çox siyasi təxribat kimi qiymətləndirmək olarmı? Hər hansı bir linkə daxil olmadan da kiberhücum ola bilərmi? Saytlar, banklar nə etməlidir ki, bu hücumlardan qorunsun?

Bu barədə Modertor.az-a danışan İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib ki, kiberhücumlar günümüzdə artan bir problem olaraq, həm fərdləri, həm də təşkilatları ciddi şəkildə təhdid edir. Bu hücumların qarşısını almaq və qorunmaq üçün bir neçə mühüm addım atılmalıdır:

“Hər bir hesab üçün güclü, fərqli şifrələr seçmək vacibdir. Şifrələrdə böyük hərflər, kiçik hərflər, rəqəmlər və xüsusi simvollardan istifadə etmək lazımdır. Həmçinin, iki faktorlu autentifikasiya (2FA) tətbiq etmək əlavə bir mühafizə imkanıdır.

Kiberhücumların qarşısını almaq üçün zəif nöqtələri aradan qaldırmaq çox vacibdir. Antivirus proqramları müntəzəm olaraq yenilənməlidir. Şəbəkələrdə firewall və şifrələmə kimi müdafiə mexanizmləri qurulmalıdır”.

Ekspert bəzi hallarda kiberhücumların siyasi təxribat kimi qiymətləndirilə bilər məsələsinə də aydınlıq gətirib.

Onun sözlərinə görə bir dövlətin digər dövlətin siyasi proseslərinə müdaxiləsi və ya sosial narazılıq yaratmaq məqsədilə kiberhücumlar həyata keçirməsi siyasi təxribat kimi görülə bilər: “Həmçinin, seçkilərə müdaxilə, məlumatların manipulyasiyası və s. kimi hücumlar bu kateqoriyaya daxil ola bilər. Kiberhücumlar yalnız linklərə daxil olmaqla məhdudlaşmır. Bir çox hücum növü, məsələn, malware (zərərli proqramlar), ransomware (fidyə proqramı) və ya social engineering (sosial mühəndislik) kimi texnikalarla da həyata keçirilə bilər. Kiber hücumlar birbaşa şəbəkə vasitəsilə və ya sosial mühəndislik üsulları ilə şəxsi məlumatlara və ya sistemə daxil olmaqla da baş verə bilər”.

İT üzrə mütəxəssis onu da əlavə edib ki, saytlar və banklar müntəzəm olaraq təhlükəsizlik auditi aparmalı və zəiflikləri müəyyən edərək onları aradan qaldırmalıdırlar.

 “Müştəri məlumatlarının qorunması üçün SSL şifrələməsi, məlumat ötürülməsi zamanı şifrələmənin tətbiqi vacibdir. Banklarda və saytlarda çalışanlara, xüsusən də müştəri məlumatlarına çıxışı olanlara, kiberhücumlar və onların qarşısını almaq üçün müvafiq təlim verilməlidir.

Kiberhücumların artması ilə mübarizə aparmaq, bütün bu tədbirləri birgə həyata keçirmək çox vacibdir. Həm fərdlər, həm də təşkilatlar, hər zaman yeni təhlükəsizlik texnologiyalarına adaptasiya olmalı və mövcud təhlükələrə qarşı hazırlıqlı olmalıdırlar”,- deyə Bəhruz Əliyev qeyd edib.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Fevral 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri