Azərbaycana daha çox bu ölkələrdən turist gəlir
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2026-cı ilin ilk yarısında münaqişə və geosiyasi gərginliyin davam etdiyi ölkələrdən də Azərbaycana gələn turistlər olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn 1 milyon 92,6 min əcnəbinin əhəmiyyətli hissəsini regionda münaqişə və ya hərbi-siyasi gərginlik yaşayan ölkələrin vətəndaşları təşkil edib.
Statistikaya əsasən, ölkəyə gələnlərin 28,1 faizi Rusiya, 8,2 faizi İran, 2,6 faizi İsrail, 1,6 faizi isə Ukrayna vətəndaşları olub.
Bundan başqa, 2,9 faiz Pakistan, 2,4 faiz Çin, 1,8 faiz Səudiyyə Ərəbistanı vətəndaşlarının payına düşüb.
Ümumilikdə, 2026-cı ilin ilk altı ayında Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 92,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 23 İyul 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















