Icma.az
close
up
RU
“Azərbaycana qarşı informasiya hücumu ölkəmizin mövqeyini dəyişdirməyəcək”

“Azərbaycana qarşı informasiya hücumu ölkəmizin mövqeyini dəyişdirməyəcək”

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

“Rusiyanın Dövlət Dumasının deputatı Nikolay Valuyev azərbaycanlılara qarşı təhqiramiz ifadələr işlədərək çağırış edib. İlk növbədə qeyd etmək istəyirəm ki, Valuyevin antropologiyası onun təkamül dövründə insan kimi formalaşmayan “neokantrop” olduğunu göstərir. Onun Dövlət Dumasında təyin olunaraq deputat kimi oturması parlamentin adına ləkədir. Valuyev azərbaycanlılara qarşı ifadə etdiyi fikirlərdə özünün mədəniyyətini nümayiş etdirdi. Çünki inkişafdan qalan məxluq ziyalı fikirini heç vaxt ifadə edə bilməz”.

Bunu Xalqcebhesi.az açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat əlavə edib ki, Valuyevin azərbaycanlıların diaspor təşkilatlarını bağlamağa və Azərbaycan əsilli biznesmenlərə məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı etdiyi çağırışı da məntiqsizliyin ifadəsidir: “Azərbaycan əsilli biznesmenlər uzun illər Rusiyada yaşayan Rusiya vətəndaşlarıdır. Valuyevin çağırışı Rusiyada mülkiyyət hüquqlarının və insan haqlarının qorunmadığının göstəricisidr. Amma Valuyevin ağılı Azərbaycana qarşı belə çağırışların edilməsi üçün yeterli deyil. O, təbii ki, Kremldən aldığı tapşırığa əsasən bu fikirləri gündəmə gətirib. Kreml təyyarəmizi vurduğuna görə üzr istəyib təzminat ödəmək əvəzinə Azərbaycana qarşı informasiya hücumuna keçib”.

A.Badamov həmçinin vurğulayıb ki, belə səviyyəsiz kampaniyalar Rusiyanı məsuliyyətdən yaxa qurtarmağa kömək etməyəcək: “Onlar belə ucuz çağırışlar edib özlərini hörmətdən salmaq əvəzinə dövlət səviyyəsində Azərbaycandan üzr istəməli və digər öhdəliklərini icra etməlidir. Valuyevlərin, Pinçukların, Popovların Azərbaycana və azərbaycanlılara qarşı çağırışları ölkələrimiz arasında münasibətlərə ancaq kölgə salmaqdan başqa bir şey deyil. Təbii ki, Azərbaycana qarşı start verilmiş informasiya hücumu ölkəmizin mövqeyini dəyişdirməyəcək və beynəlxalq hüquq çərçivəsində haqqımız sonacan tələb ediləcək”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Fevral 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri