Icma.az
close
up
RU
Azərbaycana qlobal dəstək qazandıran Vaşinqton görüşləri

Azərbaycana qlobal dəstək qazandıran Vaşinqton görüşləri

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Avqustun 8-də beynəlxalq aləm dünyanın 1 nömrəli ofisi sayılan Ağ evdə ABŞ Prezidentinin dilindən Azərbaycan Prezidentinə müraciətlə eşitdi: “Siz böyük lidersiniz!”, “Siz gözəl danışıq aparırsınız”, “Xalqınız böyük xalqdır”, “Siz möcüzəyə imza atdınız”, “Mənim Sizin üçün hədiyyəm var... Sizə daha bir hədiyyəm var. Bu, Ağ evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm”. Bu səmimi və heyranedici sözlər bir anda bütün dünyaya yayılıb xalqımız və onun lideri barədə təsəvvürlərə yeni miqyas və mötəbər məzmun gətirdi. Əlbəttə, dostlar sevindi, düşmənlər məyus oldu. 

Dünyanın ən qüdrətli dövlətinin rəhbəri, ABŞ-ın 47-ci Prezidenti Donald Trampın ilk dəfə görüşdüyü və qısa müddətdə apardığı dialoq çərçivəsində xarizması, diplomatik gedişləri, dərin və məzmunlu fikirləri ilə onu heyran edən Prezident İlham Əliyevi dünyanın böyük lideri kimi təqdim etməsi Azərbaycana, onun müdrik rəhbərinə verilən ən yüksək dəyər və ehtiram idi. Donald Trampın özünün də dediyi kimi, yalnız nadir hallarda təqdim edilən Ağ evin rəmzi açarının dövlətimizin başçısı İlham Əliyevə hədiyyə edilməsi göstərdi ki, Azərbaycan Prezidenti ABŞ liderinin ən dəyərli qonaqlarından biridir. 

Ağ ev rəhbərinin dünyanın siyasi xəritəsində kiçik bir məkan kimi görünən Cənubi Qafqaz ölkəsinin lideri barədə səsləndirdiyi yüksək fikirlər İlham Əliyevin dünyaşöhrətli siyasətçi, vədinə sadiq lider, etibarlı tərəfdaş, sözü imzası qədər keçərli Prezident olduğunu bir daha təsdiqlədi. Ümumiyyətlə, Prezident İlham Əliyevin ABŞ lideri Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri Bakı–Vaşinqton münasibətlərinin inkişafında çox önəmli addım, mühüm tarixi hadisə oldu. Gerçək olan budur: ikitərəfli münasibətlərdə artıq yeni əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi açılır. 

Səfər çərçivəsində iki ölkə arasında imzalanan mühüm sənəd də tariximizə yeni abzasdan yazılmış oldu. Çünki Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılmasına dair memorandumun imzalanması, həqiqətən, böyük gələcəyə qapı açdı. Həmin sənəddə təsbit edilən yeni əməkdaşlıq istiqamətləri (qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, hərbi sahə) ölkəmizin qarşısında nə qədər böyük imkanlar açıldığını göstərir. Münasibətlərin bu geniş spektri Azərbaycan üçün olduqca önəmli dividentlər vəd edir.

Etiraf edək ki, Azərbaycan hər zaman ABŞ ilə uğurlu diplomatik münasibətlər qurmaqda maraqlı olub. İki dövlət arasında tərəfdaşlığın 33 ildən artıq tarixi var. Bu illər ərzində ölkələrimiz arasında bərabərlik, qarşılıqlı hörmət və enerji təhlükəsizliyi, sülh-
məramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq ənənələri formalaşıb. İki ölkə arasında, ilk növbədə, siyasi əlaqələr dinamik olaraq inkişaf edir. ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb, diplomatik münasibətlər isə 28 fevral 1992-ci ildə qurulub. Azərbaycanın Vaşinqtonda səfirliyi 6 mart 1992-ci ildən, bu dövlətin isə Bakıda səfirliyi 16 mart 1992-ci ildən fəaliyyət göstərir.

İndiki Vaşinqton görüşünədək Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında 90-a yaxın sənəd imzalanmış və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılmışdı. Lakin bundan öncəki Bayden–Blinken administrasiyası dönəmində, sanki, bu irəliləyiş dondurulmuşdu. Əksinə, ABŞ rəhbərliyi Ermənistanın və bu ölkədəki erməni lobbi-diasporunun bədxah yalanlarına uyaraq işğalçı ölkəyə dəstəyini nümayiş etdirir, Azərbaycana qarşı ikili standartlar siyasətini yürüdürdü. Bayden administrasiyasının məqsədi, sanki, məhz Azərbaycanı qaralamaq, gözdən salmaq idi. 

Lakin Azərbaycan bütün bu təzyiqlərin qarşısında sınmadı, ləyaqətini itirmədi, milli maraqlarından bir addım da geri çəkilmədi. Elə buna görə də Prezident İlham Əliyev Vaşinqton görüşündən sonra yerli televiziya kanallarımıza verdiyi müsahibədə bu soyuq münasibətə toxunaraq əvvəlki administrasiya dövründəki 4 ili “itirilmiş zaman” kimi qiymətləndirdi.

ABŞ səfərində Prezident İlham Əliyevin tarixi uğurlarından biri də 32 illik bədnam “Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənədin imzalanması oldu. Xatırladaq ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın, guya, Ermənistana “blokada” tətbiq etməsini bəhanə gətirərərək, ölkəmizə dövlət yardımı göstərilməsini qadağan edən qanun qəbul etmişdir. Bayden–Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi nankorcasına 907 saylı düzəlişə yenidən can vermiş, bu qadağadan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdır. 

Düzdür, hazırda Azərbaycan nəinki yardıma möhtacdır, özü ehtiyacı olan ölkələr əl tutur. Yəni iqtisadi cəhətdən qüdrətli donor ölkəyə çevrilən Azərbaycanın xarici dəstəyə, yardıma ehtiyacı yoxdur. Ona görə də Prezident Trampın bu qərarı təkanverici xarakter daşımaqla yanaşı, ədalətin bərpası, ABŞ liderinin Azərbaycana dostluq münasibətinin ifadəsidir.

Vaşinqton görüşünün ən mühüm nəticələrindən biri də Azərbaycan –  Ermənistan sülh gündəliyi ilə bağlı Birgə Bəyannamənin imzalanması oldu. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Vaşinqton görüşünün yekunu olaraq imzalanan razılaşma sənədində Cənubi Qafqazda sülh və sabitliyin bərpası ilə bağlı mühüm məsələlər yer aldı. 

Bəyannamədə ATƏT-in Baş katibinə Minsk qrupunun ləğvinə dair birgə müraciət edilməsi təsdiqlənir. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair sazişin mətni paraflanandan sonra imzalanma və ratifikasiyaya nail olmaq üçün növbəti addımların zəruriliyi bildirilir. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri – Ermənistan Konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Dövlət başçısının bu tələbi də Ermənistan tərəfindən qəbul edildi. Belə ki, imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olundu. Beləliklə, Zəngəzur dəhlizi (“Tramp yolu”) də reallaşır.

Ümumiyyətlə, Prezident İlham Əliyevin ABŞ-a səfəri siyasi və diplomatik sahədə bir neçə tarixi dönüş nöqtəsini özündə birləşdirir. Bunlar qarşılıqlı münasibətlərin strateji çərçivəyə yüksəldilməsi, barış və sülhün mümkünlüyü üçün Qafqazda yeni reallıqların yaranması, Azərbaycanın tranzit və enerji imkanlarının genişlənməsi perspektivləri, regionda geosiyasi təsirin diversifikasiyasıdır. Əlbəttə ki, bu addımlar həm Azərbaycan, həm də region üçün təhlükəsiz, sabit, inkişafyönümlü bir gələcək deməkdir.

Bütün bunlar, təbii ki, Prezident İlham Əliyevin tarixi uğuru kimi qiymətləndirilməlidir. Çünki Azərbaycan müdrik, müstəqil siyasət yürüdən Prezidentinin qlobal liderliyi ilə bütün hədəflərinə nail olur. 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını azad etdi və Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu. Bundan sonra Azərbaycan qələbənin möhkəmləndirilməsi yönündə, “Qisas əməliyyatı” da daxil olmaqla, bir neçə lokal xarakterli əməliyyat keçirərək Ermənistan ordusunun qalıqlarını, qeyri-qanuni erməni silahlı dəstələrini nəzarətə aldı, Laçında sərhəd keçid məntəqəsinin qurulmasına nail oldu. 2023-cü ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz 24 saatlıq antiterror tədbirləri ilə Azərbaycanın tam suverenliyini bərpa etdi.

Onu da deyə bilərik ki, son 80 ildə dünyada Azərbaycan kimi tam, mütləq qələbə qazanan ölkə olmayıb. Bir sözlə, müharibənin qalibi olmaqla yanaşı, sülh gündəliyinin müəllifi məhz Prezident İlham Əliyevdir. 2022-ci ilin əvvəlində sülh müqaviləsinin əsasını təşkil edən Azərbaycan 5 prinsipi Ermənistana təqdim etdi. Son 22 ilə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, 30 illik müharibəni 44 günə, 200 illik münaqişəni cəmi 5 ilə qədər zaman kəsiyində həll etmiş Prezident İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaldıb. 

Avqustun 8-də ABŞ-da yaşanan tarixi gerçəkliklər həm də Prezident İlham Əliyevin bir zamanlar ulu öndər Heydər Əliyevin başlatdığı prosesi zəfərlə yekunlaşdırdığının təsdiqi oldu. Bu proses Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələdir. Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirir. Prezident İlham Əliyevin müəllifi olduğu bu sülh sazişi bölgədə yeni reallıqlar yaradacaq.

İlk növbədə Avropa İttifaqının xüsusi missiyası bölgəni tərk edəcək. Naxçıvanla quru yolumuz bərpa ediləcək. 40 kilometrlik dəmir yolu çəkiləcək. Bununla da Azərbaycanın iki hissəsinin birləşdirilməsi prosesi reallaşacaq. Bu da dövlət başçısı İlham 
Əliyevin siyasi hakimiyyəti dövründə reallaşacaq tarixi nailiyyətlər sırasına yazılacaq. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan türk dünyasına növbəti töhfəsini vermiş olacaq. 

İqtisadi maraqların mövcud olduğu ərazidə təbii ki, təhlükəsizlik ən önəmli məsələ olacaq. Bu da açıq-aydın göstərir ki, Cənubi Qafqaz, ümumilikdə, sabitlik adasına çevriləcək. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin hər zaman prioriteti olub. Nəyi nə zaman edəcəyini hər kəsdən yaxşı bilən, dediyi sözü, verdiyi vədi mütləq şəkildə gerçəkləşdirən cənab İlham Əliyev adını regionun ümumi tarixinə qızıl hərflərlə yazdırmış olacaq. 

Bu gün İlham Əliyev şəxsiyyətinə, liderliyinə geosiyasi, geoiqtisadi miqyasda nəzər yetirsək görərik ki, o, təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, o, ümumiyyətlə, dünya miqyasında tanınan qlobal liderliyi etiraf olunan siyasətçidir.  Elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud problemlərini  həlli yolları barədə fikirlər səsləndirməsin, təkliflərini irəli sürməsin.

 Yəni İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq, dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Bir sözlə, əsası ulu öndər Heydər 
Əliyev tərəfindən qoyulmuş və hər kəslə öz milli maraqlarına əsaslanan münasibət qurmağa yönəlmiş çoxtərəfli xarici siyasət kursu ilə Azərbaycanın nüfuzunu getdikcə yüksəldən dünya şöhrətli lider İlham Əliyevin Vaşinqtonda Prezident Donald Tramp tərəfindən ən əziz qonaq kimi qəbul edilməsi, böyük lider adlandırılması, nadir hədiyyəyə layiq görülməsi onun rəhbərlik qabiliyyətinin, siyasi nüfuzunun və qlobal miqyaslı rolunun qürurverici göstəricisidir. Bu, ABŞ superdövlətinin Azərbaycana, onun Prezidentinə göstərdiyi sayğı, etimad və dəstəyinin ifadəsi olaraq qlobal önəm daşıyır.

Elçin BABAYEV,
Bakı Dövlət Universitetinin rektoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Avqust 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri