Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda 2016 cı ildə ləğv edilmişdi Yay və qış saatına nədir?

Azərbaycanda 2016 cı ildə ləğv edilmişdi Yay və qış saatına nədir?

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniya Avropa İttifaqına 2026-cı ildə daimi yay vaxtına keçilməsi ilə bağlı müraciət edib. 

Bununla bağlı İspaniyanın Baş naziri Pedro Sançez vidomüraciət yayımlayaraq, bildirib ki, saatların il ərzində iki dəfə dəyişdirilməsi artıq faydasız və köhnəlmiş bir təcrübədir. Onun sözlərinə görə, bu sistem nə enerjiyə qənaət edir, nə də insanların həyat keyfiyyətinə müsbət təsir göstərir. Əksinə, bioritm pozğunluğu və gündəlik rejimdə çətinliklər yaradır.

Qaynarinfo xəbər verir ki, Azərbaycanda yay və qış saatı tətbiqi 2016-cı ildən ləğv edilib. Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli, 131 nömrəli qərarı ilə əvvəlki illərdə tətbiq olunan mövsümi saat dəyişiklikləri (yəni yazda saatların 1 saat irəli, payızda isə 1 saat geri alınması) dayandırılıb. 

Həmin tarixə qədər isə ölkə ərazisində hər il martın son bazar günü saatlar 1 saat irəli alınaraq yaya vaxtına keçid,  oktyabrın son bazar günündə əqrəblər 1 saat geri alınaraq qış vaxtəna keçilirdi

Yay saatı tətbiqi nədir?

Yay saatı tətbiqi hər hansı bir ölkədə və ya bölgədə gün işığından səhərlər daha az, axşamlarda isə daha çox istifadə etmək üçün saatların müəyyən dövrlərdə dəyişdirilməsi prosesidir.

Bu çərçivədə adətən yazın əvvəlində saatlar 1 saat irəli, payızda isə 1 saat geri alınır. Bu yolla gün işığından daha çox yararlanmaq və enerji qənaəti təmin olunur. Axşam saatlarında daha uzun müddət təbii işıqdan istifadə olunduğu üçün elektrik enerjisinə tələbat azalır və bu da elektrik xərclərini azaldır.

Bir çox ölkələrdə yay saatı tətbiqinə enerji qənaəti və gün işığından daha çox faydalanmaq məqsədilə keçilib.


Yay saatı tətbiqi nə vaxt başladı?

Yay saatı ideyası ilk dəfə XVIII əsrdə, 1784-cü ildə amerikalı ixtiraçı Benjamin Franklin tərəfindən irəli sürülüb. Franklin Parisdə yaşadığı dövrdə qəzetdə dərc etdiyi satirik məqalədə insanların süni işıqdan az istifadə etməsi üçün saatların dəyişdirilməsini təklif etmişdi. Hərçənd ki, o dövrdə bu ideya həyata keçirilmədi, lakin gələcəkdə bu konsepsiya enerji səmərəliliyi baxımından ciddi şəkildə gündəmə gəldi.

Yay saatının praktiki tətbiqi isə ilk dəfə 1908-ci ildə Kanadanın Ontario əyalətindəki Port Arthur (indiki Thunder Bay) şəhərində baş tutub. Bu hadisə yay saatı tarixində rəsmi başlanğıc nöqtəsi hesab olunur.

Lakin genişmiqyaslı şəkildə ilk tətbiq 1916-cı ildə Almaniya və Avstriya-Macarıstan imperiyası tərəfindən həyata keçirildi. Birinci Dünya Müharibəsi dövründə enerjiyə qənaət etmək məqsədilə bu ölkələr 30 aprel 1916-cı ildə saatları bir saat irəli çəkdilər. Ardınca Böyük Britaniya, Fransa və digər Avropa ölkələri də eyni sistemi qəbul etdi.

Bu tətbiqin məqsədi sadə idi — süni işıqdan daha az istifadə edərək yanacaq və enerji ehtiyatlarına qənaət etmək. Beləliklə, müharibə şəraitində məhdud resurslardan daha effektiv istifadə imkanı yaranırdı.

Dünya miqyasında yayılması

Müharibə bitdikdən sonra bəzi ölkələr bu tətbiqdən imtina etsə də, İkinci Dünya Müharibəsi illərində yay saatı yenidən qlobal səviyyədə gündəmə gəldi. Hökumətlər bu dəfə də eyni məqsədlə enerji qənaəti üçün saatları irəli çəkməyə başladılar.

1970-ci illərdə baş verən qlobal neft böhranı isə yay saatı sisteminin yenidən populyarlaşmasına səbəb oldu. Bir çox ölkələr enerjiyə qənaət və iqtisadi səmərəlilik baxımından bu təcrübəni daimi təcrübə kimi tətbiq etməyə başladılar.

Hazırda Avropa, ABŞ, Kanada, Avstraliya və bəzi Asiya ölkələri yay və qış saatı sistemindən istifadə edir. Bununla belə, bu sistemin effektivliyi və insan sağlamlığına təsirləri barədə mübahisələr hələ də davam edir.

Avropa və ABŞ-da yay və qış saatı tətbiqi 

Avropa ölkələrində 29 oktyabr 2023-cü il bazar günü saat 03:00-da saatlar bir saat geri alındı və "yay saatı” tətbiqi başa çatdı.

ABŞ isə "yay saatı” tətbiqini 5 noyabr 2023 bazar günü sonlandırdı. 2024-cü ildə "yay saatı” Avropada 31 martda, ABŞ-da isə 10 martda yenidən başladı.

Beləliklə, Avropa və ABŞ-da qış saatı tətbiqi hər il olduğu kimi bu il də davam edir. 


Müasir dövrdə tətbiq qaydaları

Bu gün Avropa İttifaqı ölkələrində yay saatına keçid mart ayının son bazar günü, qış saatına keçid isə oktyabr ayının son bazar günü baş tutur.

ABŞ-da isə yay saatı martın ikinci bazar günü başlayır və noyabrın ilk bazar günü başa çatır.

Bununla yanaşı, bəzi ölkələr artıq bu praktikadan imtina ediblər. Türkiyə 2016-cı ildən etibarən yay saatı tətbiqini daimi hala gətirib, yəni saatlar il boyu dəyişdirilmir.

Qışda yay saatı tətbiqinin davam etməsi

Qış aylarında yay saatı tətbiqinin davam etməsinin həm müsbət, həm də mənfi cəhətləri var.

Yay saatı tətbiqinin əsas məqsədi enerji qənaətidir. Lakin qışda bu tətbiqin davam etməsi, havaların soyuması ilə istilik ehtiyacının artması səbəbindən enerji sərfini artırır və bu, qənaət məqsədinə zidd olur.

İnsanların təbii gün işığına məruz qalması bioloji saatlarını tənzimləyir. Yay saatının qışda davam etməsi bioloji ritmə zidd təsir göstərə bilər; səhərlər havanın hələ qaranlıq olması xüsusilə uşaqlarda yuxu pozğunluqlarına səbəb ola bilər.

Yay saatı tətbiqi qışda da qüvvədə qalanda səhər saatlarında uzun müddət qaranlıq olur. İşə və ya məktəbə gedən insanlar üçün bu, təhlükəsizlik baxımından risk yarada bilər.

Bundan əlavə, qış aylarında gün işığının az olması uşaqların açıq havada oyun və idman fəaliyyətlərini məhdudlaşdırır ki, bu da onların fiziki sağlamlığına mənfi təsir göstərə bilər.

Qış saatı tətbiqinin mahiyyəti

Qış saatı tətbiqi adətən payız aylarında həyata keçirilir. Bu zaman saatlar bir saat geri alınaraq gün işığından daha səmərəli istifadə təmin edilir.

Bu tətbiq səhər saatlarında günəşin daha tez doğması sayəsində insanların enerji səviyyəsini artırır və daha gümrah oyanmalarına şərait yaradır.

Yay və qış saatı dəyişikliklərinə insanlar uyğunlaşmaq məcburiyyətində qaldıqları üçün vaxt idarəetməsi daha diqqətli olmağı tələb edir.

Bu tətbiqlər yalnız enerji sərfiyyatına deyil, həm də insanların gündəlik həyat ritminə təsir göstərir.

Nəticə etibarilə, hər iki tətbiq — yay və qış saatı — haqqında müxtəlif mübahisələr olsa da, onların əsas məqsədi gün işığından daha çox faydalanmaq və enerji qənaətinə nail olmaqdır. Buna görə də, bir çox ölkələrdə bu sistemlər tətbiq edilməyə davam edir.

Günay

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:349
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri