Azərbaycanda 2023 cü ildən bəri 254 yeni hakim təyin olunub
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2023-cü ilin əvvəlindən indiyədək 254 yeni hakim təyinatı olub.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu hakimliyə namizədlərlə keçirilən test imtahanı çərçivəsində jurnalistlərə açıqlamasında Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib.
O deyib ki, hazırda ölkəmizdə 705 məhkəmə hakimi fəaliyyət göstərir. "Vakant yerlərə yeni təyinatların aparılması məqsədilə hakimliyə namizədlərin seçimi prosesi fasiləsiz davam etdirilir. Hazırda 67 hakimliyə namizədlə müsahibələr artıq yekunlaşdırılıb. Yaxın zamanda müvəffəqiyyət qazanmış namizədlərlə bağlı nəticələr elan ediləcək", - deyə K.Mansurov əlavə edib.
K.Mansurov hakim olmaq arzusunda olan hüquqşünasları imtahanlarda daha fəal iştiraka dəvət edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 28 İyun 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















