Azərbaycanda adambaşına ərzaq, içki və siqaretə ayda 275 manat xərclənir
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu ilin ilk 9 ayı ərzində pərakəndə ticarət şəbəkələrində əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manat xərcləyib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xərclənən vəsaitin 54,6%-i və ya 275,2 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 45,4%-i və ya 228,5 manatı qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda ayda 465,2 manat xərcləyib və bu vəsaitin 255,7 manatı (55%) ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 209,5 manatı (45%) isə qeyri-ərzaq mallarının alınmasına sərf edilib.
Elnur Əli

Vətəndaş ayda marketdə ərzaq, içki və siqaretə 268 manat xərcələyib
12 Avqust 2025 14:24
Azərbaycanda nəyə çox pul xərclənir: içki və siqaretə, yoxsa təhsilə? Siyahı
15 Dekabr 2024 18:16
Neft qazancı xaricdən ərzaq almağa xərclənir
06 May 2025 15:29
Azərbaycanda ərzaq məhsulları kəskin bahalaşdı
11 Dekabr 2024 13:53

