Icma.az
close
up
RU
® Azərbaycanda “Azercell”in dəstəyi ilə keçirilən 15ci Davamlı İnnovasiya Forumu uğurla başa çatıb AZƏRTAC

® Azərbaycanda “Azercell”in dəstəyi ilə keçirilən 15ci Davamlı İnnovasiya Forumu uğurla başa çatıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ölkənin lider mobil operatoru davamlılıq və innovasiya mövzusuna həsr olunmuş mühüm sessiyada iştirak edib

13-14 noyabr tarixlərində Bakıda "Azercell Telekom" MMC-nin dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu uğurla yekunlaşıb.

İqlim dəyişikliklərinə həsr olunmuş qlobal tədbirlərin önəmli bir hissəsi olan bu forum biznes, maliyyə, dövlət qurumları və qeyri-hökumət təşkilatlarından 1000-ə yaxın sahə liderini bir araya gətirməyə müvəffəq olub. Forum iqlim problemlərinin həlli, davamlı inkişaf təşəbbüsləri və innovativ həllərin müzakirəsi üçün effektiv platforma rolunu oynayıb.

Forumun əsas sessiyalarının birində “Azercell”in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva iştirak edib. Davamlı İnnovasiya Forumunun sədri Nik Qovinqin moderatorluğu ilə keçirilən sessiyada Ş.Əliyeva “Azercell”in ESG strategiyası haqqında danışaraq şirkətin davamlı inkişaf sahəsindəki məqsəd və nailiyyətlərini vurğulayıb. Şirin Əliyeva “Azercell”in bərpaolunan enerji mənbələrindən istifadəyə və enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihələri barədə məlumat verib.

Ş.Əliyeva “Azercell”in 2017-ci ildən iqlim dəyişikliyinə dair tədbirlər gördüyünü və ölkə ərazində yaşıl texnologiyaların tətbiqinə başladığını bildirib. Təkcə Qarabağda lider mobil operatorun 35 yaşıl baza stansiyasının fəaliyyət göstərdiyi və onların enerji tələbatının 60 faizi bərpaolunan enerji hesabına qarşılandığı qeyd edilib. Eyni zamanda, Şirin xanım baza stansiyalarının enerji istehlakını optimallaşdıran proqram təminatı vasitəsilə resurslardan səmərəli istifadənin təmin edildiyini də vurğulayıb.

Şirkətin qlobal iqlim təşəbbüslərində, o cümlədən BMT-nin Qlobal Sazişi və GSMA-nın İqlim Fəaliyyəti üzrə İşçi Qrupunda fəal iştirakı da qeyd olunub. Bildirilib ki, bununla “Azercell” digər bazar iştirakçılarını da ətraf mühitə dair öhdəliklərini artırmağa təşviq edir.

“Azercell”in sosial məsuliyyət təşəbbüslərinə də xüsusi diqqət yetirilib. Şirkətin yaşıl ofis siyasəti və tullantıların idarə edilməsi təşəbbüsləri vurğulanıb, 2022-2023-cü illər arasında şirkətin su istehlakını 27 faiz azaltmağa nail olduğu bildirilib. Bundan əlavə, “Azercell”in qadın və uşaqların müdafiəsi, onların cəmiyyətə inteqrasiyasını dəstəkləməyə yönəlmiş təşəbbüsləri gündəmə gətirilib. Bu çərçivədə “Qadın Qaynar Xətti” və “Uşaq Qaynar Xətti” kimi sosial əhəmiyyətli proqramlar və Cüdo Federasiyası ilə tərəfdaşlıq layihələri haqqında məlumat verilib.

Forumda dinamik panel müzakirələri, interaktiv dialoqlar, əsas çıxışlar, eləcə də qlobal iqlim və sənaye liderləri ilə canlı mübadilələr yer alıb. Tədbir iştirakçıları təbiətə müsbət təsir edən, karbonsuz iqtisadiyyata keçidi sürətləndirəcək strategiyaları paylaşıblar.

“Azercell”in forumda fəal iştirakı şirkətin innovasiya və texnologiyalar vasitəsilə qlobal iqlim fəaliyyətinə təkan verməyə sadiq olduğunu bir daha nümayiş etdirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see251

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see240

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see202

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see201

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see197

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see190

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see180

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see166

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see165

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see149

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see143

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see141

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see138

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see136

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see134

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri