Icma.az
close
up
RU
Azərbaycanda bayram günlərində hotellərin doluluğu və qiymətləri nə qədər olub?

Azərbaycanda bayram günlərində hotellərin doluluğu və qiymətləri nə qədər olub?

Icma.az bildirir, Report.az portalına istinadən.

Yeni il və Həmrəylik Günü bayramlarında Azərbaycanın regionlarında fəaliyyət göstərən yüksək kateqoriyalı hotellərdə doluluq səviyyəsi 92-95 % arasında olub.

“Report” xəbər verir ki, bunu "Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri və "Ekoturizm Assosiasiyası"nın icraçı direktoru Samir Dübəndi Azərbaycanda turizm sektorunun 2024-cü ilin sonu və 2025-ci ilin əvvəlində qeyd edilən bayram günləri boyunca yerli və xarici turist axını ilə bağlı hotellərin doluluq səviyyəsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, populyar turizm destinasiyalarında bu göstərici 65-67 % təşkil edib.

Ekspert bildirib ki, bayram tətili dövründə regionlarda otellərin doluluq səviyyəsi çox yüksək olub.

O, qiymət artımlarına da diqqət çəkib: “Yüksək kateqoriyalı hotellərdə adi günlərlə müqayisədə 65-75 % artım, ümumi olaraq bayram dövründə 35-50 % qiymət artımı müşahidə olunub. Paytaxt turizmi və buradakı hotellər bayram günlərində daha çox qonaq qəbul edib.”

S.Dübəndi vurğulayıb ki, turizm sektoru beynəlxalq amillərdən ciddi şəkildə asılıdır: “Hazırda beynəlxalq vəziyyət, avia nəqliyyat sahəsindəki problemlər, regionda baş verən hərbi xarakterli hadisələr, quru sərhədlərin bağlı qalması turizmin normal inkişafına mənfi təsir edir. Vaxtı ilə sovet dövründə sərhədlər ciddi nəzarət altında olsa da, turist mübadiləsi mümkün idi. Dəmir yolu nəqliyyatı bu baxımdan əhəmiyyətli vasitədir.”

"Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurov isə bu məsələni şərh edərkən bildirib ki, bayram tətili ölkə daxilində həm xarici, həm də yerli turistlərin aktivliyi ilə yadda qalıb.

Onun sözlərinə görə, bayram günləri hər il olduğu kimi hotellərin doluluğu ilə yadda qalıb: “Xüsusən rayonlarda xaricdən gələn turistlərin sayı artıb. Amma bəzi ölkələrdən, xüsusən Rusiya bazarından rezervasiyaların ləğvini müşahidə etdik. Bu da aviasiya sahəsindəki məlum hadisə (AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən ilin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb - red ) ilə bağlı idi.”

O qeyd edib ki, uzun tətil dövrləri insanların səyahət planlarını dəqiqləşdirməsinə imkan yaradır: “2024-cü il turizm bazarının bərpa ili kimi yadda qalıb. 2019-cu ilin səviyyəsinə tam çatılmasa da, ona yaxın göstəricilər qeydə alındı. 2023-lə müqayisədə daxili turizm bazarı 30 % artıb. Ümid edirik ki, 2025-ci ildə turizm bazarı tam bərpa olunacaq”.

Sonda belə nəticəyə gəlmək olar ki, Azərbaycan turizm sektoru bayram günləri yeni dirçəliş ümidini bir daha təsdiqləyib. Lakin beynəlxalq siyasi gərginlik, nəqliyyat sektorundakı məhdud imkanlar və qanunvericilikdəki çətinliklər sektorun tam potensialını reallaşdırmasına mane olur.

Ekspertlər quru sərhədlərin açılması, beynəlxalq nəqliyyat şəbəkələrinin genişləndirilməsi və daxili bazarın modernizasiyası istiqamətində təkliflər irəli sürür.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://report.az
archiveBu xəbər 07 Yanvar 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri