Azərbaycanda belə yer varmış Təbiətin gizlətdiyi möcüzə VİDEO+FOTO
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın dağlıq ərazilərində hələ kütləvi turizm marşrutlarına daxil olmayan, təbiət həvəskarları üçün xüsusi maraq doğuran məkanlar var. Onlardan biri də İsmayıllı rayonunun Burovdal kəndi ətrafında yerləşən Babadağ kanyonu və Mərc dərəsidir.
"Yeni Sabah" xəbər verir ki, Mərc dərəsi Babadağ ətrafındakı dağlıq relyefin bir hissəsi kimi tanınır. Ərazi İsmayıllı rayonunun şimal hissəsində, Burovdal kəndi ətrafında, Babadağ silsiləsinin ətəklərində yerləşir.
Burovdal kəndi rayonun şimal istiqamətində sonuncu kəndlərindən biridir və dəniz səviyyəsindən təxminən 1634 metr yüksəklikdədir. Burovdal–Qurbangah–Babadağ istiqamətindəki marşrutun uzunluğu təqribən 31,53 km, yürüş məsafəsi 8,38 kilometrdir. Ərzaiyə Lahıc–Burovdal tərəfdən çıxışlar mövcuddur. Pepperoni pizza
Əraziyə gedən yolda rayon camaatı üçün yaylaqlar da mövcuddur. Yolüstü heyvan sürüsü ilə də qarşılaşa bilərsiniz.
Mərc dərəsinə və Babadağ kanyonuna səyahət etmək istəyənlər üçün adi avtomobildən daha çox yolsuzluq avtomobili və təcrübəli bələdçi uyğun seçimdir. Müəyyən məsafədən sonra kanyonun daxilində relyefə uyğun olaraq piyada hərəkət tələb olunur.
Mərc dərəsinin əsas özəlliyi onun kütləvi turizm marşrutlarından uzaq qalmasıdır. Ərazi daha çox dağ yürüşü, off-road və təbiət həvəskarlarının diqqətini çəkir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 10 Avqust 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















