Spirtli içki içib bir gün sonra maşın sürmək olar? VİDEO
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Əksər sürücülər axşam spirtli içki içib səhər avtomobil idarə etməyi pozuntu saymır. Yoxlama zamanı həmin sürücünün sərxoş olduğu aşkarlananda isə bəzən narazılıq yaranır.
Modern.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Elvin Hacıyev İctimai TV-nin efirində bu mövzuda verilən sualı cavablandırıb.
Bölmə rəisi bildirib ki, bu kimi hallar sürücü qanun pozuntusu etdikdə aşkarlanır:
"Burada gecə yuxusu və spirtli içkinin nə zaman qəbul olunması da vacibdir. Əgər həmin şəxs gecə saat 02:00-də spirtli içki içib səhər 08:00-də yola çıxırsa, onda, əlbəttə ki, alkoqol aşkarlanacaq.
Əgər sürücü səhər saat 11:00-12:00-da sükan arxasında olursa və o ayaqda durmaqda çətinlik çəkirsə, o zaman da o spirtli içkinin təsiri altında sayılır".
Daha ətraflı videonu izləyin:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 29 Noyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















