Icma.az
close
up
RU
Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?

Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?

Icma.az bildirir, Bizim media portalına istinadən.

Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb.
Ümumiyyətlə, rəqəmlər son illərdə davamlı azalma tendensiyasını göstərir. 2024-cü ildə ölkədə 14 900, 2023-cü ildə 20 000, 2021-ci ildə isə 23 400 baş eşşək olub. 2016-cı ildə isə bu rəqəm 35 800 baş təşkil edib.
 

Belə kəskin azalmanın səbəbləri maraq doğurur. Eşşəklər əvvəlki illərdə kənd təsərrüfatında, xüsusilə dağlıq və kənd ərazilərində yükdaşıma vasitəsi kimi daha geniş istifadə olunurdu. Texnikanın və avtomobillərin kənd təsərrüfatına daha çox daxil olması bu heyvanlara olan tələbatı azalda bilər. Digər tərəfdən, heyvanların kəsilərək ətinin bazara çıxarılması, təsərrüfatlarda saxlanma xərclərinin artması, xəstəliklər və ya statistik uçotla bağlı dəyişikliklər də mümkün səbəblər sırasında ola bilər.


Cəmi bir il ərzində eşşəklərin sayının 2 400 baş, yəni təxminən 19 faiz azalmasını iqtisadi baxımdan necə izah etmək olar? Eşşək ətinin digər heyvan ətləri ilə qarışdırılaraq satılması riski varmı? Və yaxud, səbəb tələbatın aşağı düşməsi, yoxsa onların saxlanmasının bahalaşması ola bilərmi?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb.
İqtisadçı əti yeyilməyən heyvanların sayının azalmasının bir sıra obyektiv səbəblərlə bağlı olduğunu bildirib:
"İribuynuzlu və xırdabuynuzlu heyvanlarla yanaşı, əti yeyilməyən heyvanların sayının azalmasının da bir sıra təbii və əsaslı səbəbləri var. Bu səbəblərdən biri son illərdə və xüsusilə son onilliklərdə kənd təsərrüfatında mexanikləşmənin genişlənməsidir.
 

Fermer təsərrüfatları tədricən xırda təsərrüfatlardan daha iri və intensiv təsərrüfatlara, böyük aqroparklara çevrilir. Nəticədə əkinçilikdə, daşınmada və digər təsərrüfat işlərində mexaniki nəqliyyat vasitələrindən daha geniş istifadə olunur. Bu isə at, eşşək və digər bu qəbildən olan heyvanlara olan tələbatı azaldır.


Başqa sözlə, təsərrüfatlarda bu heyvanlardan istifadənin azalması onların sayına da birbaşa təsir göstərir. Çünki bir çox hallarda mexaniki vasitələrdən istifadə daha səmərəli və iqtisadi baxımdan daha əlverişlidir".
Xalid Kərimli ikinci mühüm səbəb kimi urbanizasiya prosesini göstərib:
"Məlumdur ki, regionlardan şəhərlərə axın davam edir, kənd təsərrüfatının strukturu dəyişir və kənd yerlərində yaşayan insanların bir qismi şəhərlərə köçür. Nəticədə kənd təsərrüfatında at və eşşək kimi heyvanlardan istifadə ehtiyacı da azalır. Bu heyvanların saxlanması isə müəyyən xərc tələb edir. Əgər onlardan istifadə zərurəti azalırsa, onları saxlamaq üçün iqtisadi motivasiya da zəifləyir".
İqtisadçının fikrincə, ət sənayesi üzərində ciddi nəzarətin olması və baytarlıq-sanitariya normalarının tətbiqi də nəzərə alınmalıdır: 
"Həm heyvanların kəsimi, həm də ətin bazara çıxarılması müəyyən qaydalar çərçivəsində həyata keçirilir. Bu səbəbdən bu heyvanların ətindən kütləvi şəkildə istifadə olunması real görünmür.
Nəhayət, burada əhalinin sosial-mədəni xüsusiyyətləri də rol oynayır. İnsanlar ümumilikdə at, eşşək və digər əti yeyilməyən heyvanların ətini qida kimi qəbul etmirlər. Ona görə də onların sayının azalmasını bu heyvanların kəsilərək ət kimi istifadə olunması ilə izah etmək doğru ehtimal deyil".
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Sentyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri