Azərbaycanda cari il ərzində 285 müəllifin əsəri qeydiyyata alınıb
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Azərbaycanda cari il iyunun 17-dək 285 müəllifin və hüquqi şəxsin 384 əsəri qeydiyyatdan keçirilib.
525.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Bildirilib ki, əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2024-ci ilədək agentlikdə ümumilikdə 16 min 228 əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib.
Bundan başqa, pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı cari ilin beş ay ərzində hüquqi və fiziki şəxslər tərəfindən agentliyə 9 müraciət daxil olub. Bununla bağlı agentlik müəllif-hüquq qanunvericiliyinə əsasən müvafiq araşdırmalar aparıb, təqdim edilən sənəd və materiallar təhlil edib, müqayisə aparıb və zəruri hallarda digər aidiyyəti qurumlara sorğular göndərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 18 İyun 2025 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















