Azərbaycanda dietoloqlar qeydiyyata alınacaq nəzarət gücləndirilir
Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda diyetologiya və nutrisiologiya sahəsində çalışan mütəxəssislərin fəaliyyətinə nəzarətin gücləndirilməsi nəzərdə tutulur.
Marja.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramına əsasən, bu mütəxəssislərin qeydiyyatının aparılması üçün normativ hüquqi baza hazırlanacaq.
Sonrakı mərhələdə diyetologiya və nutrisiologiya üzrə çalışan şəxslərin qeydiyyatı aparılacaq.
Qeydiyyata alınmış mütəxəssislər fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədilə təlimlərə cəlb ediləcəklər.
Tədbirin 2027–2032-ci illərdə həyata keçirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 10 Sentyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















