Icma.az
close
up
RU
Azərbaycanda dövlət nəqliyyat siyasətinin növbəti hədəfləri

Azərbaycanda dövlət nəqliyyat siyasətinin növbəti hədəfləri

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni proqram bu sahənin problemlərinin həllinə, gələcək inkişafına xidmət edir

Prezident İlham Əliyevin 2025-ci il 30 yanvar tarixli sərən­camı ilə təsdiq edilən “Bakı şəhərində və ətraf ərazilərdə nəq­liyyat infrastrukturunun təkmilləş­dirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ölkə paytax­tının, bütövlükdə, Azərbaycanın so­sial-iqtisadi yüksəlişi ilə bağlı önəm­li perspektivlərə xidmət edir. 

Strateji hədəfli bu sənəddə əhaliyə key­fiyyətli nəqliyyat xidmətləri göstərilməsi, paytaxtımızın, habelə ətraf yaşayış sahələri­nin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükə­sizliyinin reallaşdırılması, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması qarşıya mühüm vəzifələr kimi qoyulub. Eyni zamanda, Dövlət Proqramında nəqliyyat in­frastrukturunun təkmilləşdirilməsi, ümumi istifadədə olan nəqliyyat növləri üzrə vahid ödəniş sisteminin tətbiqi və inteqrasiyası əsas təminedici amillər sırasında müəyyən­ləşdirilib. 

Sənəddə mobillik sahəsində müşahidə olunan qlobal trendlər hərtərəfli araşdırılıb, onların Bakı şəhərində və ətraf ərazilərdə mövcud vəziyyətinə təsiri simulyasiya üsulu ilə təhlil edilib. Proqramda uzun­müddətli dövr üçün strateji baxış və hədəf göstəriciləri, müvafiq tədbirlər, onların hə­yata keçirilməsi üzrə icra müddətləri, əsas və digər icraçılar müəyyənləşdirilib, eləcə də icra mexanizmləri təsbit olunub. 

Dövlət Proqramının icrası qarşıdakı dövrdə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdiril­məsini, şəhərdaxili sıxlığın azaldılmasını və geniş nəqliyyat şəbəkəsinin qurulmasını gerçəkləşdirməklə yanaşı, ictimai nəqliy­yatdan istifadənin səmərəliliyini artıracaq, özəl sektorun innovativ həllərlə proseslərə töhfə verməsini təşviq edəcək və iqtisadi rifahın artmasına şərait yaradacaq. 

Ümumiyyətlə, paytaxtda, o cümlədən ətraf yaşayış sahələrində sürətli urbaniza­siya və əhali artımı nəqliyyat və mobillik sahəsində islahatları zəruri edir. Mövcud vəziyyətdə şəhərin nəqliyyat sisteminin səmərəliliyini artırmaq və urbanizasiya nəticəsində yaranan çətinliklərin qarşısı­nı almaq üçün strateji tədbirlərə ehtiyac var. Bakı şəhərinin və ətraf ərazilərin əsas nəqliyyat infrastrukturu, hərəkət axınları və iqtisadi fəaliyyət mərkəzdə cəmləşdi­yindən şəhərdən kənar istiqamətə doğru hərəkətlər məhdudlaşır ki, bu da paytaxtın monosentrikliyini ön plana çıxarır. 

Xatırladaq ki, son 20 ildə ölkə üzrə əha­linin orta illik artım tempi 1 faiz təşkil etdi­yi halda, Bakı şəhərində və ətraf ərazilərdə bu göstərici 1,3 faiz olub. Həmin dövr üzrə paytaxtda hər 1000 nəfərə düşən avtomo­billərin sayı 132-dən 320-dək artıb. Əhali sayının sürətli artımı isə şəhərin infrast­rukturuna və xidmət sahələrinə, xüsusilə nəqliyyat sektoruna əlavə təzyiq göstərib.

İctimai nəqliyyatın genişləndirilməsi, tıxacların azaldılması və ekoloji cəhətdən davamlı nəqliyyat həllərinin tətbiqi nəq­liyyat sistemində yeni çağırışlar yaradıb, bununla belə, fərdi nəqliyyat vasitələrin­dən ictimai nəqliyyata və fərdi mobil nəq­liyyat vasitələrinə keçid infrastrukturun inkişafını zəruri edib. İnfrastrukturun tək­milləşdirilməsi məqsədilə 100 kilometrdən çox velosiped zolaqlarının inşası, sərnişin­lərin ictimai nəqliyyat və digər nəqliyyat vasitələrindən istifadə təcrübəsinin tam rəqəmsallaşdırılması nəzərdə tutulub.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdi­rilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda bildirilir ki, ölkədə nəqliyyat infrastrukturuna investisiya qo­yulmasına və müxtəlif nəqliyyat növləri üzrə ayrı-ayrı layihələrin icra olunmasına baxmayaraq, nəqliyyat növlərinin koordi­nasiyalı fəaliyyəti ilə bağlı çatışmazlıqlar hələ də aradan qaldırılmayıb. Bu problemi həll etmək, koordinasiyalı fəaliyyəti real­laşdırmaq məqsədilə Azərbaycan Prezi­dentinin 2023-cü il 19 aprel tarixli sərən­camı ilə Nəqliyyatı Əlaqələndirmə Şurası və 2024-cü il 7 noyabr tarixli fərmanı ilə “Azərbaycan Nəqliyyat və Kommunikasi­ya Holdinqi” (AZCON) publik hüquq şəx­si yaradılıb. 

Dövlət Proqramı hazırlanarkən küçə-yol şəbəkəsinin, metro və dəmir yolu xət­lərinin, fərdi mobil nəqliyyat vasitələri infrastrukturunun və piyada zonalarının inkişafı ilə bağlı irəli sürülən layihələrin Bakı şəhərinin Baş Planı ilə uzlaşdırılması təmin olunub və şəhərin perspektiv inkişaf dövrünü əhatə edən nəqliyyat planlaşdırma həlləri nəzərə alınıb. 

Bakı şəhərinin 2040-cı ilədək nəzərdə tutulan Baş Planında nəqliyyat sistemi­nin inkişaf konsepsiyasına uyğun olaraq, Böyük Bakı Regionunun nəqliyyat inf­rastrukturunun inkişafı üzrə vahid kon­sepsiyanın hazırlanması, şəhərin əsas yol­larındakı nəqliyyat yüklənməsinin aradan qaldırılması, şəhərətrafı ərazilərdən nəq­liyyat axınlarının idarə edilməsi, şəhərətra­fı ərazilərdə yerləşən yaşayış məntəqələri arasındakı yola sərfolunan vaxtın mümkün səviyyədə qısaldılması, nəqliyyat qovşaq­larının yaradılması məsələlərinin həll edil­məsi hədəfləri Dövlət Proqramında nəzərə alınıb. Baş Planda vahid (ictimai nəqliy­yat xidmətləri, fərdi minik avtomobilləri və piyada gəzintisi imkanları) mobillik ya­naşmasının tətbiqi prinsiplərinə də mühüm önəm verilib. 

Ölkədə son illər ərzində yol-nəqliyyat infrastrukturu sahəsində əhəmiyyətli isla­hatlar həyata keçirilib. Şəhər ərazisindəki yol şəbəkəsinin təkmilləşdirilməsi, yeni yol kəsişmələrinin və körpülərin tikilməsi, həmçinin tıxacların azaldılması məqsədilə müxtəlif layihələr reallaşdırılıb. Bakıdakı əsas magistrallarda təmir və bərpa işləri, habelə yol infrastrukturunun müasirləşdi­rilməsi yollarda nəqliyyat vasitələrinin ar­tan sayına paralel olaraq aparılıb. 

Son 20 ildə Azərbaycan Respublikasın­da yol infrastrukturunun inkişafı sahəsində əsas nailiyyətlərdən biri, ümumilikdə, 20,8 min kilometr uzunluğunda (o cümlədən 6,6 min kilometr respublika əhəmiyyətli, 11,6 min kilometr yerli əhəmiyyətli və 2,6 min kilometr isə Bakı şəhərində) yeni yol­ların tikilməsi, yenidən qurulması və təmir olunmasıdır. Bundan əlavə, ümumi isti­fadədə və Bakı şəhərində olan avtomobil yollarında, ümumilikdə, 335 ədəd körpü və yol ötürücüsü inşa olunub, 56 ədədi təmir edilib, 163 ədəd yeraltı və yerüstü piyada keçidi və 45 ədəd tunel tikilib.

Bakı şəhərində və ətraf ərazilərdə mo­billiyin artırılması və nəqliyyat axınının daha səmərəli idarə olunması məqsədilə 4 parklanma zonası üzrə 18 min parklanma yeri yaradılıb. Görülmüş işlər nəqliyyat vasitələrinin nizamlı şəkildə parklanması­nı reallaşdırmaqla, yollarda nəqliyyat sıxlı­ğının azalmasına, eyni zamanda, piyadalar üçün daha təhlükəsiz və rahat mühitin for­malaşmasına xidmət edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Fevral 2025 02:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri