Icma.az
close
up
RU
Azərbaycanda əhalinin başına gələn 1 milyard dollarlıq qəza... Vətəndaş susuzluqdan əziyyət çəkir

Azərbaycanda əhalinin başına gələn 1 milyard dollarlıq qəza... Vətəndaş susuzluqdan əziyyət çəkir

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Əhalini su ilə təchiz etməli olan dövlət qurumunun adı dəyişib, indi “Azərsu” yox, “Dövlət Su Ehtiyatları Agentliyi” olsa da, xidmət və keyfiyyət əvvəlki kimi bərbaddır. Əvvəlki yay fəsillərində olduğu kimi, əhalinin suya daha çox tələbatı olan isti günlərdə Bakı və şəhərətrafı qəsəbələrdə yaşayan insanlar yenə də günlərdir ki, susuzluqdan əziyyət çəkir.

Bizimyol.info xəbər verir ki, paytaxtın Yasamal, Nəsimi, Səbail, Nərimanov, Binəqədi rayonlarında, Abşeron yarımadasında, Xırdalan şəhərində yaşayan insanlar nə içməyə, nə də təmizliyə su tapır. Bu isə yüzminlərlə insanın çarəsiz duruma düşməsi deməkdir.

Vətəndaşlar sosial şəbəkələrdə bununla bağlı narazılıqlarını ifadə edirlər. Müvafiq dövlət strukturlarına yüzmilyonlarla vəsaitlərin ayrılmasına baxmayaraq, 2025-ci ildə Azərbaycan vətəndaşının su ilə sınağa çəkilməsi məmur səriştəsizliyi və korrupsiyanın nəticəsi kimi qiymətləndirilir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən açıqlamada bildirilib ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş vermiş qəza səbəbindən iyunun 16-dan 20-dək Bakıda və Abşeron yarımadasında əhaliyə suyun verilməsində problem yaranacaq.

Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu ildə istismara verilib. Bu layihə Azərbaycana 1 milyard dollara başa gəlib. Kəmər istismara veriləndə bəyan edilmişdi ki, paytaxt Bakının əhalisi daimi su ilə təchiz olunacaq. Lakin proseslər göstərdi ki, kəmərin istismara verilməsindən 15 il keçəndən sonra da Bakının bir çox ərazilərində daimi su yoxdur. İnsanlar sudan gündə bir neçə saat istifadə edə bilir.

İqtisadçı ekspertlər hesab edir ki, indiki vəziyyətdə su təminatına qalsa, belə, Ceyranbatan, Kür və başqa mənbələr hesabına Bakını su ilə təmin etmək mümkün idi. Yəni Oğuz-Qəbələ-Bakı su kəmərinə 1 milyard dollar xərc çəkməyə ehtiyac yox idi.

Ötən ilin avqustunda da Oğuz-Qəbələ-Bakı su kəmərində qəza baş verdiyi iddia edilərək, paytaxt sakinləri günlərlə susuz qalmışdı. Əhalini su ilə təchiz etməli dövlət strukturu isə özünü vətəndaşlar qarşısında hesabat verməyə borclu hesab etmədiyindən yüzminlərlə vətəndaşın narazılığı qulaqardına vurulmuşdu. Beləcə, məmur özbaşınalığı nəticəsində Azərbaycan vətəndaşları hər yayı eyni problemləri yaşaya-yaşaya yola verirlər.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 18 İyun 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri