“AZƏRBAYCANDA ELEKTRİK VƏ HİBRİD MAŞIN İSTEHSALI VAR?!” “Bacarıqsızlığınız nəticəsində primitiv iqtisadi model yaranıb”
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hökumətin vergi və rüsumların, cərimələrin artırılması hesabına büdcəni doldurmaq siyasəti haqlı narazılığa səbəb olur.
“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı öz sosial şəbəkə səhifəsində paylaşım edib.
N.Cəfərli yazır: “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, sitat: “Elektromobil və “hibrid”lərin ƏDV-yə cəlb edilməsi yerli istehsala dəstək məqsədi daşıyır”.
Rəsmən dolayıblar insanları, hansı yerli avtomobil, hansı istehsal? Azərbaycanda avtomobil istehsalı yoxdur, “vintaçanla” yığım var, o da ki, benzinlə işləyən avtomobillərdir, hardadı o yerli istehsal olan elektrik və hibrid maşınlar?
Hökumət, ümumiyyətlə, “istehsal” nəyə deyir, necə görür? Məsələn, Türkiyədə 13 avtomobil istehsalı zavodu var (Renault, Ford, FIAT, Hyundai, Toyota və s.), onların detallarının 35-45% arası elə Türkiyədə istehsal olunur, avtomobil istehsalının yan sənayesi yaranıb, yan sənayedə onminlərlə iş yeri açlılıb, ümumiyyətlə isə Türkiyə avtomobil sənayesində 410 min insan çalışır.
İstehsal budur, yoxsa təkcə təkərinin havası yerli olan vintaçanla maşın yığırlar, o da satılmır, yığılan maşınların yarıdan çoxunun “müştərisi” dövlət-hökumət orqanları, yəni, büdcədir, adına da “istehsal” qoyurlar.
Bu qədər də olmaz da, deyin ki, bacarıqsız fəaliyyətimiz nəticəsində primitiv iqtisadi model yaranıb, indi gəlirlər azalır, biz də vergi-rüsum-cərimələri artırırıq ki, büdcədə yaranmış problemləri həll edək – belə deyin, daha səmimi görünəcəksiniz, hər açıqlamalarınız da bu qədər etiraz doğurmaz...”
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 25 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















