Icma.az
close
up
RU
Azərbaycanda ən çox pul xərcləyən ailələr AÇIQLANDI

Azərbaycanda ən çox pul xərcləyən ailələr AÇIQLANDI

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycanda ev təsərrüfatı başçısının statusundan asılı olaraq adambaşına düşən aylıq istehlak xərcləri fərqlənir.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ev təsərrüfatı başçısı muzdla işləyən ailələrdə adambaşına aylıq istehlak xərcləri 399,9 manat təşkil edir. Bu, digər kateqoriyalarla müqayisədə ən yüksək göstəricidir.

Özünüməşğul şəxslərin rəhbərlik etdiyi ev təsərrüfatlarında adambaşına istehlak xərcləri 374,8 manat, pensiyaçı, müavinət və təqaüd alanların rəhbərlik etdiyi ailələrdə 379 manat, digər kateqoriyaya daxil olanlarda isə 379,1 manatdır.

Bütün qruplarda xərclərin ən böyük hissəsi ərzaq məhsullarının payına düşür. Muzdla işləyənlərin ailələrində adambaşına ərzağa ayda 169 manat, özünüməşğul şəxslərin ailələrində 160,5 manat, pensiyaçı, müavinət və təqaüd alanların ailələrində 164,4 manat xərclənir. “Digər” kateqoriyasında isə bu göstərici 180,7 manatla ən yüksək həddə çatır.

Muzdla işləyənlərin rəhbərlik etdiyi ev təsərrüfatlarında adambaşına ayda su, elektrik enerjisi, qaz və digər yanacaq növlərinə 30 manat, səhiyyəyə 20,7 manat, nəqliyyata 27,5 manat, təhsilə 7,2 manat, istirahət və mədəniyyət xidmətlərinə 17,3 manat sərf edilir.

Pensiyaçı, müavinət və təqaüd alanların rəhbərlik etdiyi ev təsərrüfatlarında səhiyyə xərcləri adambaşına 21,2 manat təşkil edir. Bu, cədvəldə göstərilən qruplar arasında səhiyyə üzrə ən yüksək göstəricidir.

Məlumatlara görə, mehmanxana, kafe və restoran xidmətlərinə ən çox vəsaiti də muzdla işləyənlərin rəhbərlik etdiyi ev təsərrüfatları xərcləyir - adambaşına ayda 30 manat. Özünüməşğul şəxslərdə bu göstərici 27 manat, pensiyaçı, müavinət və təqaüd alanlarda 27,2 manat, digər kateqoriyada isə 26,5 manatdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Avqust 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri