Azərbaycanda I rübdə ödənilən müavinət və Prezident təqaüdünün MƏBLƏĞİ
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Bu ilin yanvar-mart aylarında dövlət büdcəsi hesabına 965 min şəxsə 561 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
Bizim.Media bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, onlardan 495 min nəfərə müavinət olaraq 318 milyon manat, 408 min nəfərə Prezident təqaüdü olaraq 204 milyon manat, 62 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 39 milyon manat ödəniş həyata keçirilib.
Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 16 %, təqaüdlər üzrə 17 %, sosial sığorta hesabına müavinətlər üzrə 2 % çox olub.
Yanvar-mart aylarında daha 38 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 917 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 24 Aprel 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















