Azərbaycanda İKT sektoruna olan təşviqlər nəticəsində əməkhaqqı fondu və dövriyyə artıb AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycanda İKT sektorunun dəstəklənməsi üçün verilən təşviqlər nəticəsində son 1 ildə bu sahədə işçi sayı 29,1 faiz, əməkhaqqı fondu 39,7 faiz, dövriyyə isə 25,6 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə keçirilən “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
DVX rəsmisi qeyd edib ki, sözügedən təşviqlər çərçivəsində 2023-cü ildən texnoparklardan kənarda fəaliyyət göstərən şirkətlərə də bir sıra vergi güzəştləri və imtiyazlar verilib.
“Artıq ötən il yanvarın 1-dən 3 il müddətinə İKT işçilərinin 8 min manata qədər aylıq gəlirindən vergi tutulmur, 2026-cı ildən isə 7 il müddətinə aylıq gəlirin 5 faizi qədər vergi tutulmasi nəzərdə tutulur”, - deyə idarə rəisi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 26 Noyabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















