Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

“İlin modeli” seçildi Fotolar

General mayor rütbəsi alan hərbçilər kimdir?

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Azərbaycanda ilk yaşanır: Bu şəxslərə ayda 200 manat ödəniləcək

Azərbaycanda ilk yaşanır: Bu şəxslərə ayda 200 manat ödəniləcək

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Slavyan Universiteti (BSU) oğlan tələbələr üçün müəllimlik ixtisaslarında xüsusi təqaüd proqramı elan edib. Belə ki, “İbtidai sinif müəllimliyi” və “Xarici dil müəllimliyi” ixtisaslarına qəbul olunan və 450-dən yüksək bal toplayan oğlanlara ayda 200 AZN təqaüd veriləcək.

Bu təşəbbüs digər universitetlərdə də tətbiq oluna bilərmi? Ümumilikdə kişilərin müəllimlik peşəsinə cəlb olunması üçün ölkə üzrə belə güzəşt və qərarların verilməsi mümkündürmü?

Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, universitetin bu təşəbbüsü həm təhsil sahəsində innovativ yanaşma, həm də gender balansının bərpası baxımından əhəmiyyətli və vaxtında atılmış nümunəvi addımdır: Toyuqlu pizza

“450-dən yuxarı bal toplayan oğlan abituriyentlərə ayda 200 manat həcmində təqaüd verilməsi həm motivasiyaedici rol oynayır, həm də cəmiyyətə ciddi mesaj ötürür: müəllimlik peşəsi cinsə görə seçilən deyil, əhəmiyyətinə görə dəyər verilən peşə olmalıdır. Bu təşəbbüs təkcə Bakı Slavyan Universitetinin deyil, ümumilikdə ölkə təhsilinin strateji baxışını ortaya qoyur. BSU bu addımı ilə ali təhsil müəssisələri arasında fərqləndi və belə təşəbbüs şübhəsiz ki, dövlətin təhsilə verdiyi diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müəllim nüfuzunun artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və müəllimlərin sosial statusunun möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Prezidentin “Təhsilsiz cəmiyyət ola bilməz” yanaşması real islahatlara çevrilir və bu cür təşviqlər də məhz o siyasi iradənin davamı kimi dəyərləndirilməlidir”.

Təhsil eksperti son illərdə ölkədə müəllimlərin sertifikasiyası, əməkhaqqının artırılması, təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi kimi tədbirlərin həyata keçirildiyini qeyd edib:

“Lakin bu tədbirlərə əlavə olaraq, məhz kişi müəllimlərin sayının artırılması istiqamətində konkret təşviqlərə ehtiyac var idi. Bakı Slavyan Universitetinin təşəbbüsü bu boşluğu görərək, onu öz səlahiyyət və imkanları çərçivəsində doldurmağa çalışıb. Bu, təkcə təqaüd deyil, həm də peşəyə dəyər verilməsinin simvoludur. Statistik məlumatlara görə, hazırda ümumtəhsil məktəblərində çalışan müəllimlərin cəmi 17-18 faizi kişilərdir. İbtidai sinif müəllimləri arasında həmin rəqəm bəzən 3-5 faizə qədər enir. Bu isə təkcə gender balansının pozulması deyil, həm də şagirdlərin sosial-psixoloji inkişafında kişi nümunəsinin çatışmaması kimi ciddi nəticələr doğurur. Bunu dəyişmək üçün yalnız təbliğat yox, real iqtisadi və sosial təşviq mexanizmləri tələb olunur. Bakı Slavyan Universiteti bu ehtiyacı görərək, təqaüd formasında konkret və təsirli addım atıb. Mövcud təcrübə digər ali təhsil müəssisələri üçün də nümunə olmalı və dövlət tərəfindən sistemli dəstəyə çevrilməlidir”.

Kamran Əsədov deyib ki, bu cür təşviq mexanizmləri yalnız bir universitetlə məhdudlaşmamalı, Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə proqramlaşdırılmış şəkildə genişləndirilməlidir:

“Məsələn:

1. Pedaqoji ixtisaslara qəbul olan oğlan tələbələr üçün dövlət büdcəsi hesabına əlavə təqaüdlər;

2. Müəllim kimi çalışan kişilər üçün ipoteka güzəştləri, vergi azadolmaları;

3. Kənd məktəblərində işləyən kişi müəllimlər üçün aylıq əlavə ödənişlər;

4. Pedaqoji ixtisaslara qəbul zamanı gender balansı nəzərə alınaraq əlavə kvotaların tətbiqi.

Bu cür tədbirlər nəticəsində müəllimlik ixtisası gənc kişilər üçün də cəlbedici və gələcəkli bir peşəyə çevrilə bilər. Əgər məsələ sistemli şəkildə həll olunmazsa, yaxın illərdə müəllim peşəsi yalnız bir cinsin daşıdığı sosial yükə çevriləcək və məktəblərdə təhsil prosesində balanssızlıq daha da dərinləşəcək”.

Müsahibimiz yekun olaraq onu da qeyd edib ki, Bakı Slavyan Universitetinin bu təşəbbüsü sadəcə maliyyə dəstəyi deyil, həm də strateji düşüncənin məhsuludur:

“Bu təşəbbüs cəmiyyətə, ailələrə və gənclərə göstərir ki, müəllimlik peşəsi kişilər üçün də dəyərli və vacibdir. Prezident İlham Əliyevin təhsilə göstərdiyi ardıcıl və məqsədyönlü diqqət sayəsində artıq ali məktəblər də təşəbbüs göstərərək konkret və sosial cəhətdən faydalı proqramlar reallaşdırmağa başlayır. Bu, təkcə bir universitetin uğuru deyil, təhsilin gələcəyi naminə mühüm dönüş nöqtəsidir”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 31 İyul 2025 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see182

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see181

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see150

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see150

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see132

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see126

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see125

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see122

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see121

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see120

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see120

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see117

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see117

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri