Icma.az
close
up
RU
Azərbaycanda interneti kəsilənlərin DİQQƏTİNƏ: Pulunuzu alın HÜQUQŞÜNAS

Azərbaycanda interneti kəsilənlərin DİQQƏTİNƏ: Pulunuzu alın HÜQUQŞÜNAS

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İnternet xidmətlərində tez-tez baş verən fasilələr və texniki nasazlıqlar vətəndaşların narazılığına səbəb olur. Bəzi hallarda provayderlər tərəfindən öncədən ödənişi edilmiş xidmətlər uzun müddət göstərilmir.

Bəs bu hallarda abonəçi kompensasiya ala bilərmi?

Hüquq üzrə mütəxəssis Xəyal Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, provayder interneti fasiləsiz göstərmirsə, vətəndaş kompensasiya tələb edə bilər:

“Azərbaycan Respublikasının qanunvericiliyi bu hallarda istehlakçının hüquqlarını açıq şəkildə qoruyur və kompensasiya tələb etmək hüququ verir. Əgər vətəndaş internet və ya digər telekommunikasiya xidmətlərinə görə öncədən ödəniş edibsə, provayder həmin xidməti fasiləsiz və keyfiyyətli şəkildə göstərməyə borcludur. Xidmətin göstərilməməsi və ya keyfiyyətsiz təqdim olunması halında bu, istehlakçı hüququnun pozulması hesab olunur. Bu münasibətlər “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Telekommunikasiya haqqında” Qanunlarla tənzimlənir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçılar aldıqları malların və xidmətlərin lazımi keyfiyyətdə olması hüququna malikdirlər. Həmin Qanunun 5.1-ci maddəsinə görə, vətəndaş aldığı xidmətin müqavilə şərtlərinə və normativ sənədlərə uyğun keyfiyyətdə göstərilməsini tələb edə bilər. Əgər provayder bu öhdəliyi pozarsa, 9-cu maddənin 3-cü bəndinə əsasən, vətəndaş qüsurların provayderin hesabına aradan qaldırılmasını, çəkdiyi xərclərin ödənilməsini və ya xidmət haqqının azaldılmasını tələb edə bilər. Həmçinin 21-ci maddə bu qanunun pozulmasına görə təqsirli şəxslərin mülki, inzibati və ya cinayət məsuliyyəti daşıdığını nəzərdə tutur.

“Telekommunikasiya haqqında” Qanunun da bu sahədə aydın müddəalar müəyyən edir: 33.1.2-ci maddəyə əsasən, operator və provayderlər abunəçi ilə bağlanmış müqaviləyə əsasən üzərlərinə düşən vəzifələri yerinə yetirməyə borcludurlar. 33.1.3-cü maddəyə əsasən isə, onlar istehlakçıların hüquqlarını pozmamalıdırlar. Eyni zamanda, 17.3-cü maddəyə görə, bu sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, qanun pozuntularına görə səlahiyyətləri çərçivəsində tədbirlər görür”.

Hüquqşünas bildirib ki, internet xidmətində yaranan fasilələr, texniki nasazlıqlar və ya keyfiyyət pozuntuları hallarında vətəndaş rəsmi qaydada hüquqlarını tələb etməlidir:

“Vətəndaş ilk növbədə provayderə yazılı şəkildə müraciət etməlidir. Problem aradan qaldırılmadıqda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, eləcə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edilə bilər. Əgər zərurət yaranarsa, məsələni məhkəmə qaydasında qaldırmaq mümkündür. Qanunvericilik ödənilmiş xidmətin göstərilməməsi və ya keyfiyyətsiz təqdim olunması halında vətəndaşın kompensasiya hüququnu tam hüquqi əsaslarla təmin edir.

Qanunvericiliyin mahiyyəti ondan ibarətdir ki, vətəndaş ödədiyi xidmət haqqına uyğun olaraq keyfiyyətli və fasiləsiz xidmət almalıdır. Əgər bu təmin olunmursa, provayder məsuliyyət daşıyır və vətəndaş kompensasiya, ödənişin azaldılması və ya geri qaytarılması tələb etmək hüququna malikdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri