Icma.az
close
up
RU
Azərbaycanda kafe və restoranlara bahalaşma gəlir

Azərbaycanda kafe və restoranlara bahalaşma gəlir

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanda kafe və restoranların qiymətləndirilməsi və sertifikatlaşdırılması həyata keçirilə bilər”. 

Bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən media təqdimat zamanı bildirib. Onun sözlərinə görə, restoranlar, kafelər və ümumilikdə iaşə obyektləri ölkədə qastronomiya turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır: 

“Dövlət Turizm Agentliyinin məqsədi restoran və kafelərin turizm obyektləri kimi fəaliyyətinin stimullaşdırılması, bu sahədə nəzarətin gücləndirilməsi və qarşılıqlı əməkdaşlığın təmin olunmasıdır. Bu istiqamətdə aidiyyəti assosiasiyaların yaradılması, iaşə obyektlərinin Agentlik tərəfindən təşkil olunan tədbirlərdə iştirakı və inteqrasiyası nəzərdə tutulur”. 

A. Hüseynova əlavə edib ki, kafe və restoranların qiymətləndirilməsi və sertifikatlaşdırılması ilə bağlı artıq müvafiq dövlət qurumları ilə danışıqlar aparılır. Ölkədə çox sayda kafe və restoran fəaliyyət göstərir. 

Vətəndaşlar isə əsasən buradakı qiymətlərdən narazıdır. Dövlət Turizm Agentliyi tərəfindən kafe və restoranlara tətbiq ediləcək yeni qaydalar müştəri və sahibkar üçün hansı imkanlar yaradacaq? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, əslində bu qərarın xoşniyyətli olduğu qulağa xoş gəlsə də, nəticə etibarilə kafe, restoranların xərcini artırır: 

“Onların xərci artdıqca qiymət də artır. Dünyada ən yaxşı nəzarətci alıcıdır. Dövlət istəsə də, bütün qurumları ilə nəzarət etsə də, bu, fiziki olaraq mümkün deyil. Ölkə üzrə minlərlə kafe, restoran var. Hamısına bir gündə necə nəzarət edə bilərlər? Demək burada əsas məqsəd müştəri məmnuniyyətidir. Kafe pis işləyəcəksə, müştəri getməyəcək. Turisti bir dəfə aldadacaqsan, o, bir də getməyəcək. 

Burada dövlətin ayrıca hansısa bir formada sertfikatlaşdırma və nəzarət mexanizmləri yaratması hədsiz tənzimləmə sisteminin yenidən özünü biruzə verməsidir ki, bu da əlavə xərc deməkdir. Ümumiyyətlə, bu, doğru yanaşma deyil. Əslində Azərbaycanda kafe və restoranların sertifikatlaşdırılması var. Gigiyenik sertifikatları onsuz da alırlar. İndi də bir turizm sertifikatı almalıdır. Məsələn, hansısa bir qəsəbədə kafe var və oraya nə vaxt turist gələcəyi heç bilinmir. Onun üçün gedib xüsusi bir sertifikatmı almalıdır?” 

O bildirib ki, dövlət qurumları ictimai iaşə obyektlərində iki amilə- keyfiyyətli yeməyə və verginin vaxtında ödənməsinə nəzarət etməlidir:

“Digər məsələlərə vətəndaş, turist qərar verəcək. Obyekt yaxşı işləsə, daha çox müştəri cəlb etsə, o qədər də çox qazanacaq. Bizdə nəzarətin həmişə dövlət orqanları tərəfindən olunması fikri yalnışdır. Dünyada ən yaxşı nəzarətci müştəridir. Azərbaycanın özünün daxili qiymətləndirmə sistemi olsa, insanlarla sorğu apararaq, məmnuniyyəti ölçslər, başqa məsələdir. 

Ancaq bu, rəsmi sertifikata çevrilsə, korrupsiyaya, rüşvətə də yol açacaq. Həmçinin özəl sektorda çalışanların xərcini də artıracaq. Xərcin, rüşvətin artmasının da son ödəyicisi yenə vətəndaşdır. Yəni vətəndaş gedib hesab ödəyəndə dünən 10 verirdisə, bu gün 12 manat verəcək. Yəni, söhbət ondan gedir ki, bu tipli nəzarət mexanizmlərinin sərtləşdirilməsinə ehtiyac yoxdur. Əksinə, daha sərbəst bazar iqtisadiyyatı qaydalarının tətbiqi daha çox effekt verə bilər”. 

Bölgələrdə kafe və restoranların baha olmasına gəldikdə isə ekspert deyir ki, müştəri getməsə, onlar müflis olacaq: 

“Ya da yanında beş obyekt açılmalıdır ki, rəqabət olsun. Gedib həmin obyekt sahibindən soruşsaq ki, niyə baha satırsan, o, öz dərdlərini açıqlayacaq. Deyəcək ki, filan qədər ödəyirəm, filan rayonun icra başçısı, filan məmur gəldi, yedi-içdi, pul vermədi, mən də onların pulunu vətəndaşdan çıxıram. Onların da o problemini həll etmək lazımdır. Bütün günah onlarda deyil. 

İnsanlar o qədər acgöz olmamalıdır ki, bir nəfər gəlsin və ondan xeyli pul qazanım. İkincisi, onun gələcəyə ümidi yoxdur. Əgər turizm obyektidirsə, məsələn, beş turistdən beş dəfə artıq pulu aldısa, növbəti dəfə oraya gələn olmayacaq. Onun sabaha ümidi yoxdursa, deyəcək ki, bu gün nə qazandımsa qazandım, sabah bilmək olmaz. Belə yanaşma ilə təbii ki, qiymətlər artacaq. 

Belə məsələlərə kompleks yanaşmaq lazımdır. Onların da problemini həll etmək lazımdır və dövlətin də qiymətlərə müdaxilə etmək ixtiyarı yoxdur. Əgər mən obyekt sahibiyəmsə, məqsədim daha çox müştəri, turist qəbul etməkdir. Daha yüksək qiymət qoyduqda, müştəri gəlməyəcəksə,  nə qazanacaq? Məcbur olub qiyməti aşağı salmalıdır. Ona görə də rəqabətli mühit artmalıdır. Birinin yanında beş restoran da olmalıdır ki, insanlar gedib orda dincəlsinlər”. 

Ekspert dövlətin qiymət siyasətinə qarışmasının qəti əleyhinədir:

“Dövlət bizdə işə qarışanda, qiymət həmişə bahalaşır, keyfiyyət aşağı düşür”.
Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Kafe restoran bahalaşma Natiq Cəfərli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyun 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri