Azərbaycanda külək turbinləri istehsal oluna bilər Türkiyə şirkətlərilə görüş keçirilib, Azərbaycana dəvət olunublar
Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İzmirdə Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyə Külək Enerjisi Birliyi (TÜREB) İdarə Heyətinin sədri İbrahim Erden və “Nordex Qrupu”nun İdarə Heyətinin üzvü İbrahim Özarslan arasında görüşlər keçirilib.
Görüşlərdə şirkətlərin külək enerjisi sahəsində fəaliyyəti, o cümlədən külək turbinləri və komponentlərin istehsalı, texniki xidmət və kadrların hazırlanması sahələrində təcrübəsi barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın quruda və dənizdə külək enerjisi istehsalı və ixracı layihələri barədə məlumat verilib.
Külək turbinləri və avadanlıqlarının yerli istehsalı perspektivləri, habelə bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə edilib. Şirkətlər mövcud vəziyyəti və tərəfdaşlıq potensialını yerində dəyərləndirmək məqsədilə Azərbaycana dəvət olunub.
Baxış sayı:74
Bu xəbər 04 Sentyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















