Icma.az
close
up
RU
Azərbaycanda müasir suvarma sahələri 300 min hektara çatdırılacaq

Azərbaycanda müasir suvarma sahələri 300 min hektara çatdırılacaq

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Azərbaycanda 2030-cu ilədək müasir suvarma sistemləri quraşdırılmış sahələrin həcminin 300 min hektara çatdırılması planlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə müasir suvarma sistemləri ilə təchiz olunmuş əkin sahələrinin həcmi 130 min hektardır. Dövlət Proqramı çərçivəsində bu göstəricinin 2030-cu ilədək 300 min hektara çatdırılması nəzərdə tutulur. Bunun 88,1 min hektarı 22 hədəf rayonda, 12 min hektarı isə 8 perspektiv rayonda həyata keçiriləcək.

İ.Qədimova bildirib ki, bu istiqamətdə pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək. Fermerlərə müasir suvarma sistemlərinin güzəştli qiymətlərlə satılması, qalıq dəyərinin isə güzəştli kreditlərlə maliyyələşdirilməsi planlaşdırılır.

Bundan əlavə, müasir suvarma sistemləri ilə təchiz olunmuş əkin sahələri üçün əlavə subsidiya mexanizmi tətbiq olunur. Hazırda bu dəstəyin məbləği hər hektara görə 60 manat təşkil edir.

Nazirlik rəsmisinin sözlərinə görə, müasir suvarma sistemlərinin genişləndirilməsi sudan daha səmərəli istifadəyə, məhsuldarlığın artmasına və ümumi istehsal həcminin yüksəlməsinə imkan verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 İyun 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri