Azərbaycanda mülki odlu silah əldə etmək üçün tələb olunan yaş həddi artırılır
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda 21 yaşına çatmış vətəndaşların da mülki odlu silah əldə etmək hüququ olacaq.
“Report” xəbər verir ki, bununla bağlı “Xidməti və mülki silah haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.
Mövcud qanunvericiliyə əsasən, mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi 18-dir.
Qeyd edək ki, ölkədə xidməti və mülki silahı əldə etmək hüququ olan subyektlərin sırasına xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarının və hüquqi şəxslər, xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələr, idman və ovçuluq cəmiyyətləri və təhsil müəssisələri aiddir.

Mülki odlu silah əldə etmək üçün tələb olunan yaş həddi artırılır
23 Yanvar 2025 16:08
Azərbaycanda mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi qaldırıldı
19 Mart 2025 17:39
Odlu silah əldə etmək üçün yaş həddi qaldırılır
14 Fevral 2025 13:24
Odlu silah əldə etmək üçün qaydalar DƏYİŞDİ
07 Mart 2025 13:00
Odlu silah əldə etmək hüququ üzrə yaş həddi artırılıb
07 Mart 2025 12:51

