Icma.az
close
up
RU
Azərbaycanda nazirlik ilk dəfə banklara büdcə vəsaiti ayırdı: Sadə vətəndaş bundan nə qazanacaq?

Azərbaycanda nazirlik ilk dəfə banklara büdcə vəsaiti ayırdı: Sadə vətəndaş bundan nə qazanacaq?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Maliyyə Nazirliyi ilk dəfə olaraq yerli banklara 1.5 milyard manat dəyərində depozit yerləşdirib. Ekspertlər bu addımı müsbət qarşılayırlar. Lakin bu yeniliyin kredit faizlərinə ciddi təsir göstərməyəcəyi qənaətindədirlər.

Müstəqillik dönəmində ilk dəfə olaraq Maliyyə Nazirliyi ölkə banklarına depozit yerləşdirib. Bununla bağlı keçirilən hərracın nəticələrinə əsasən, nazirlik bir milyard manat həcmində sərbəst qalığı dörd sistem əhəmiyyətli bankda üç ay müddətinə, 7.21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini bəyan edib. Növbəti hərracda isə vahid xəzinə hesabının 500 milyon manat həcmində sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Bəs, görəsən, büdcə vəsaitlərinin depozit kimi banklarda yerləşdirilməsi bank sektoruna hansı əlavə imkanlar yaradacaq? Bu addım kredit faizlərinin aşağı düşməsinə şərait yarada bilərmi?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Bazarda canlanma yaranacaq

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəriblinin sözlərinə görə, bu addım ölkə iqtisadiyyatında və banklarda canlanma yaradacaq: "Bu alət banklar üçün əlavə maliyyə resursu yaradır. Bankların kredit vermək imkanları genişlənir. Bu yatırımdan sonra biz az da olsa banklarda faizlərin enməsini müşahidə edirik. Nəticə etibarilə qərar həm dövlət büdcəsinə əlavə vəsait əldə etmək baxımından müəyyən qədər təsir göstərir, həm də ölkə iqtisadiyyatı və bankların canlanmasına imkan yaradır. Düzdür, sözügedən vəsaitlər əsasən iri banklara yönəldilib. Bu da normal prosesdir. Çünki iri banklar daha təhlükəsiz hesab edilir. Təbii ki, istisna hallar ola bilər. Yəqin ki, Maliyyə Nazirliyi mövcud vəziyyəti hərtərəfli təhlil edərək bu yatırımı edib. Gələcəkdə istisna deyil ki, digər banklara da belə yatırımlar edilsin".

"Digər qurumlar üçün də nümunə olmalıdır"

Ekspert hesab edir ki, Maliyyə Nazirliyinin təcrübəsi vəsaiti olan digər qurumlar üçün də nümunə olmalıdır: "Məsələn, Dövlət Neft Fondunun da vəsaitləri mövcuddur. Baxırıq ki, həmin vəsaitlərdən xarici banklara depozit yerləşdirilir, amma yerli banklara yerləşdirilmir. Bu barədə Dövlət Neft Fondu da düşünə bilər. Təbii ki, ölkə iqtisadiyyatı da həmin vəsaiti qəbul etməyə hazırlıqlı olmalıdır. Əgər krediti alıb istehlak kreditləri kimi mənimsəyiriksə, bu, iqtisadiyyatda elə də böyük effekt verməyəcək. Məsələn, Türkiyədə bu effekt daha yüksəkdir. Çünki orada kreditin əsas hissəsi real iqtisadiyyata yönəldilir. Bizdə isə ümumi kredit portfelində istehlak krediti üstünlük təşkil edir. Bu, həm də pul kütləsinin dolayı yolla ölkədən kənara çıxması deməkdir".

"Banklar siyasətlərini dəyişməlidir"

E.Qəriblinin fikrincə, kredit faizlərində kəskin azalma ehtimalı çox aşağıdır: "Biz müşahidə edirik ki, depozit yerləşdirilməsindən sonra bu azalma heç yarım faiz də deyil. Bu da qısamüddətli prosesdir. Əgər bir neçə qurum bu tipli addımlar atarsa, faizlərdə nəzərəçarpacaq endirimlər baş verə bilər. Maliyyə bazarlarına etibar artar, bankların reytinqi yüksələr. Eyni zamanda, bu etibar gələcəkdə digər yerli və xarici təşkilatları da ölkə iqtisadiyyatına daha çox investisiya yatırmağa sövq edər".

E.Qəribli gələcəkdə dövlət tərəfindən kiçik banklara da depozit yerləşdirilməsini istisna etmir: "Banklar öz fəaliyyətlərinə yenidən baxmalı, bu resursların cəlb olunması üçün siyasətlərini dəyişməlidir. Çünki bizdə elə banklar var ki, yerində sayır, müasir dövrün tələblərinə cavab vermir. Maliyyə Nazirliyi onlara pul ayıraraq fəaliyyətlərini stimullaşdırmamalıdır. Elə strategiyaları olmalıdır ki, dövlət qurumu da həmin banklara depozit yerləşdirməkdə maraqlı olsun".

"Faiz azalmaları təkcə bu hadisə ilə bağlı olmayacaq"

Bank məsələləri üzrə ekspert Emin Kərimov bildirir ki, Maliyyə Nazirliyinin bu aləti banklara verməsi müsbət haldır: "Bu, banklar üçün unikal şansdır və bazarda əlavə canlanma yaradacaq. Bu yolla yerli bankların daha ucuz vəsait əldə etməsi mümkün olub. Banklar xarici investorlara əlavə biznes plan vermədən hazır depozit cəlb ediblər. Hər bir bankın özünün satış strategiyası mövcuddur. Bu vəsait imkan verəcək ki, banklar öz cari planlarını rahat şəkildə yerinə yetirsin".

Ekspert hesab edir ki, sözügedən alət kredit faizlərinin aşağı düşməsinə təsir göstərə bilər: "Sadəcə, faizlərin aşağı salınması mücərrəd və mürəkkəb prosesdir. Çünki bu, təkcə depozit məsələsindən asılı deyil. Burada bazar konyunkturası, qiymət tənzimləmələri, bankın gəlirliliyi, inflyasiya həcmi və sair proqnozlar nəzərə alınır. Ola bilsin ki, il sonuna və ya müəyyən bir dövrdən sonra faiz azalmaları olsun. Amma faiz azalmaları təkcə bu hadisə ilə bağlı olmayacaq".

Qısamüddətli depozitlər təzyiq yaratmaq gücündə deyil

İqtisadçı Eldəniz Əmirov hesab edir ki, Maliyyə Nazirliyinin sistem əhəmiyyətli banklara yatırdığı depozitdən sonra kredit faizlərində ucuzlaşmanın baş verəcəyini gözləmək doğru deyil: "Bu gün depozit portfeli təxminən 40 milyard manatdır. Bir müddət əvvəl bu portfel 38 milyard manat olan faizlərlə 40 milyard manat olanı faizlər arasında ciddi faiz endimi yox idi. Deməli, depozit portfelinin indi 2-3 faiz artması kredit faizlərinə kəskin və davamlı təzyiq yaratmaq gücündə deyil. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Maliyyə Nazirliyi bu vəsaitləri qısa müddətə, əsasən 1-3 ay intervalları ilə yerləşdirir. Halbuki bank kreditləri uzun müddətə, yəni bir neçə il üçün verilir. Deməli, qısamüddətli depozitlərin uzunmüddətli kredit faizlərinə davamlı təsir göstərməsi mümkünsüzdür. Eyni zamanda, kredit faizlərinə təsir edən tək amil banklardakı likvidlik deyil. Pul siyasəti, makroiqtisadi risklər, inflyasiya gözləntiləri və sair bu məsələdə ciddi rol oynayır".

Ekspert bununla yanaşı, Maliyyə Nazirliyinin addımını doğru sayır. Onun fikrincə, növbəti illərdə depozitlər yalnız sistem əhəmiyyətli banklara deyil, müəyyən mütənasiblik mexanizmləri çərçivəsində digər banklara da həvalə edilməlidir: "Bu, bank sektorunda rəqabət mühitinin qorunması baxımından çox önəmli olar".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 May 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see157

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see122

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri