Icma.az
close
up
RU
Büdcə vəsaiti depozit kimi banklara qoyulur NİYƏ?

Büdcə vəsaiti depozit kimi banklara qoyulur NİYƏ?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Maliyyə Nazirliyi banklarda yenidən depozit yerləşdirib. 

Nazirlik dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması üçün  xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda yerləşdirdiyini bəyan edib.  Fiskal qurum vahid xəzinə hesabının 500,0 milyon manat həcmində sərbəst qalığını kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini açıqlayıb. 

Nazirlik 2 həftə öncə 1,0 milyard manat həcmində sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7.21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini bəyan etmişdi".

"Cebheinfo.az" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. 

Büdcə vəsaitlərinin depozit kimi banklarda yerləşdirilməsi nədən xəbər verir?

"Əvvəlla, Maliyyə Nazirliyinin depozitlərə üstünlük verməsi bank faizlərinə artıq təsir göstərib. Belə ki, cəmi 2 həftə öncə vəsaiti 7.21 faizlə yerləşdirən nazirlik indi 0.17 faiz bənd daha az gəlir əldə edəcək. Çünki  depozit gəlirlərində 7.04 faizədək azalma var. 

Aydındır ki, səbəb nazirlik tərəfindən ilk hərracda yerləşdirilən 1.0 milyard manatın bankların likvidliyinə təsir etməsidir. Bu o deməkdir, Maliyyə Nazirliyi öz depozitləri ilə bank sektorunda faizlərə təsir göstərə bilib. Təbii ki, burada depozitlərin yerləşdirilməsi müddətlərinin fərqli olması da diqqətə alınmalıdır.

İkincisi, mühüm məqamlardan biri depozit hərraclarda yerləşən bankların  sayı ilə bağlıdır. Bu  dəfə bankların sayı “1” ədəd artaraq 4-dən 5-ə çatıb",-deyə deputat bildirib. Bu, heç də hərracların sayı ilə bankların sayı arasında korrelyasiyanın olması ilə bağlı deyil: 

"Sistem əhəmiyyətli bankların sayı 5 olduğundan nazirlik bu rəqəmlə dəvəti məhdudlaşdırıb. Aydındır ki, belə selektiv yanaşma bank sektoru üçün arzuolunan  deyil. Çünki bu sektorda təmərküzləşmə baxımından daha çox diskrimativ effekt yarada bilər.

Ümumiyyətlə, heç bir inkişaf etmiş ölkədə hər hansı sektorda iştirakçılar “yaxşı” və “pis oğlanlar” (good and bad guys) kimi qruplaşdırılmır.  Bu baxımdan, Maliyyə Nazirliyinin də öz hərraclarına ilk dördlük və ya ilk beşliyi deyil, reytinqlərinə uyğun bankları dəvət etməsi daha məqsədəuyğundur.  

Bütövlükdə, hərraclarda iştirak ilə bağlı meyar bankların böyüklüyü deyil, onların beynəlxalq reytinqi olmalıdır. Xüsusən də, 2016-cı ildə aparıcı banklardan birinin müflis olduğunu xatırlasaq "böyüklük ilə az risklik" arasındakı əlaqə hipotezləri təsdiqini tapmaya bilər. Bu baxımdan, sırada neçənci dayanmaqdan daha çox, beynəlxalq reytinq önəmlidir.

Üçüncüsü, Maliyyə Nazirliyinin depozit faizlərinə təsiri müsbət haldır. Çünki  son aylar depozit faizlərində kəskin artımlar müşahidə olunurdu. Bu yolla Maliyyə Nazirliyi hətta kreditlərə belə təsir göstərib faizləri azalda bilər: hətta bu fiskal məqsəd olmasa da belə.

Son depozitlər göstərir ki, büdcə vəsaitlərin istifadəsi ilə  bağlı yeni yanaşma nümayiş etdirilir. Təbii ki, Maliyyə Nazirliyi tərəfindən fiskal gəlirlərin daha da artırılması ilə  bağlı fəaliyyətlər təqdirəlayiqdir. Bununla yanaşı, bu vəsaitlərə bank sektorunda bərabər çıxış imkanlarının yaradılması da vacibliyini qoruyub saxlayır". 

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Aprel 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri