Azərbaycanda ov mövsümü bu tarixdə açılacaq
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib və oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib.
"AzPolitika" xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev məlumat verilib.
Xidmət rəsmisi bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin "Elanlar" bölməsindən əldə edə bilərlər:
"Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı ov qaydalarının mövcud normativlərinə əməl etsinlər, yalnız ovçuluq təsərrüfatlarından və ov üçün müəyyən edilmiş ərazilərdən istifadə etsinlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 07 Oktyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















