Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Azərbaycanda övlad sahiblənmək çətin prosesdir?

Azərbaycanda övlad sahiblənmək çətin prosesdir?

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Azərbaycanda təkuşaqlılıq üstünlük təşkil etsə də, övlad sahibi olmayan ailələr var. Əksər hallarda bu ailələrin gileyləndiyi ortaq mövzunu müşahidə edirik: "Ölkəmizdə övlad sahiblənmək çətindir, proses çox qəlizdir" və sair. Bürokratik əngəllərin olduğunu iddia edənlərə də rast gəlmək mümkündür.

Maraqlıdır, həqiqətənmi Azərbaycanda övlad sahiblənmək çətin prosesdir? Bundan əlavə, övladlığa uşaq götürmək üçün hansı sənədlər lazımdır?

Sosial Xidmətlər Agentliyi mövzu ilə bağlı Oxu.Az-ın sorğusunu cavablayıb.

Qurumdan bildirilib ki, ötən dövrdə 733 uşaq övladlığa verilib ki, onlardan da 368-i oğlan, 365-i qızdır:

"Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra "Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsistemi yaradılmaqla övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilib, bu sahədə yeni müasir idarəetmə mexanizmi yaradılıb. Övladlığagötürmə prosesinin elektronlaşdırılması, əlçatanlığı, operativliyi və şəffaflığı təmin olunub.

Övladlığagötürmə prosesi üç mərhələdə həyata keçirilir. Valideyn-namizədin uçota alınması, övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğunun yoxlanılması və məhkəmə qərarının verilməsi".

Məlumatda qeyd olunub ki, övladlığa uşaq götürmək istəyən valideyn-namizəd onunla birgə yaşayan 18 yaşdan yuxarı olan şəxslər ilə birlikdə notariat orqanına müraciət edir və övladlığagötürmə ilə bağlı ərizəsi alınır.

"Notarial qaydada təsdiq edilən ərizə Ədliyyə Nazirliyinin "Elektron notariat" informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra valideyn-namizəd tərəfindən övladlığagötürmə ilə bağlı müraciət etmək üçün Nazirliyin "e-sosial.az" internet portalında "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığa götürmə altsistemi"ndə qeydiyyatdan keçməklə şəxsi kabinet yaradılır.

Şəxsi kabineti yaradaraq qeydiyyatdan keçən şəxslər müvafiq xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) əyani tibbi müayinəsi əsasında əldə edilən sənədləri altsistemə daxil edirlər. Şəxsi kabinetdə valideyn-namizəd müraciət bölməsini dolduraraq təsdiq edir və baxılmaq üçün Sosial Xidmətlər Agentliyinə yönəldilir.

Müraciət Agentlik tərəfindən təsdiq edildikdən sonra valideyn-namizəd uçota alınmış hesab olunur. Valideyn-namizədin müraciətinin uçota alınmasına qanunvericiliyə zidd olan hallar aşkar olunduqda imtina edilir və valideyn-namizəd digər mərhələlərə buraxılmır.

Uçota alınma zamanı müraciətin qanunvericiliyin tələbinə uyğunluğunun müəyyən edilməsi üçün aşağıdakı məlumatlar yoxlanılır:

- fərdi məlumatlar;

- sağlamlıq vəziyyəti barədə məlumatlar;

- təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;

- məhkumluğu barədə məlumat;

- yaşayış şəraiti, gəlirləri və öhdəlikləri barədə məlumatlar;

- övladlığa götürmək istəyən şəxsin əvvəllər övladlığa götürən şəxs olub-olmamasına dair məlumatlar".

Məlumatda əlavə olunub ki, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi mərhələsi qanunvericiliklə müəyyən edilmiş müddətdə aşağıdakı qaydada həyata keçirilir:

"Valideyn-namizəd(lər) bir mərhələdən uğurla keçmirsə, müraciətindən imtina edilir. Uçota alınmış valideyn-namizəd(lər)lə 10 (on) iş günü müddətində valideyn-namizədlə onun yaşayış yerində müsahibə və maddi-məişət şəraitinin müayinəsi həyata keçirilir. Müsahibədən və maddi-məişət şəraitinin müayinəsindən keçmiş valideyn-namizəd müddəti 30 (otuz) gündən çox olmayan təlimlərə cəlb edilir. Uşaq təlimi uğurla tamamlayan valideyn-namizədin ailəsində 3 (üç) ay sınaq müddətində müvəqqəti yerləşdirilir.

Sınaq müddətinin sonunda övladlığagötürmə ilə bağlı bütün mərhələlərin nəticəsinə uyğun olaraq övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında 7 (yeddi) iş günü müddətində rəy hazırlanır və məhkəmə qərarı ilə proses yekunlaşır. Məhkəmənin qərarı əsasında övladlığagötürülən uşaq övladlığagötürmənin birinci ildə hər rübdə bir dəfə olmaqla (cəmi dörd dəfə) və sonrakı illərdə uşaq 18 yaşına çatana qədər ildə ən azı bir dəfə monitorinq edilir".

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 İyun 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see700

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see295

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see278

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see274

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see269

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see262

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see262

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see261

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see244

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see240

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see239

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see235

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see235

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see227

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see226

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see213

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see189

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri